ÜMİDDƏN ASILAN QILINC

22:10 17-09-2019 | icon 2204 | Köşə
ÜMİDDƏN ASILAN QILINC

İQBAL AĞAZADƏ nümunəsi


İGİD TEYMURLU

 

DOĞUM GÜNÜ münasibətilə ÜMİD PARTİYASInın sədri çox dəyərli İQBAL BƏY AĞAZADƏnin ünvanına günlərdi ki, müxtəlif məzmunlu təbriklər göndərilir. Şübhəsiz ki, bu da ictimai sevginin bir nümunəsidir, barışın bu reallıqla.

 

DOĞUM GÜNÜN QUTLU OLSUN, ÇOX DƏYƏRLİ İQBAL BƏY AĞAZADƏ!...

 

Adamın bioloji olaraq DOĞUM günü bildiyim qədərində 18 sentyabr tarixidir (vikipediya belə yazır). Amma İqbal bəyin mənən doğuluşu təkcə FÜZULİNİN DEYİL, BÜTÖVLÜKDƏ QARABAĞIMIZIN, BÜTÖV AZƏRBAYCANIMIZIN İŞĞALDAN AZAD EDİLƏCƏYİ GÜN olacaq. Zatən bununla bağlı qərar verən mənim istəklərim deyil, İqbal bəyin Özünün cəmiyyətə yönəli "vəsiyyət"ində söz açılır. "..haqqınızı halal etməyin!",- deyən İqbal Ağazadənin döyüş taktikası zamanın sınağından məğrurcasına çıxıb. Bu taktika türkün döyüş gələnəklərinə söykənən taktikadı...

 

54 siyasi partiya lideri arasında İQBAL AĞAZADƏ bildiym qədərində yeganə QARABAĞ QAZİSİDİR - onun yolu xeyir-dua verilən isti kabinetlərdən deyil, soyuq səngərlərdən başlayıb...

 

Torpağı ışğal altında inləyən millət olaraq illər hesabı götürəndə ayıbımızdan utanmayacaq qədər böyümüşük ki, bu da bizim kiçikliyimiz və cılızlığımızın bariz görüntüsüdür. İqbal Ağazadə hər kəsdən fərqli olaraq publisistik və siyasi eskizlərlə deyil, birbaşa açıq mətnlə bəyan etdi ki, ölərək biz bu kiçikliklə barışsaq, onda haqqınızı mənə halal etməyin. Bu etiraf İQBAL AĞAZADƏNİN UCALIĞI idi - yəhərdəki DEYİL, SEÇİLMİŞLƏRİMİZin birbaşa torpaqdan güc alan, torpağa söykənən ucalığı...

 

Qarabağ mövzusunda oxunan ariyalar sopranoların özlərinə xoş gəlsə də, zərif dodaqlardan süzülüb gələn zümzümələr bugünkü tamaşaçı auditoriyası tərəfindən qəbul edilmir. Çünki ortalıqda "lazım"a güvənilən boş vədlər var. İqbal Ağazadənin formalaşdırdığı ÜMİDdəsə Qarabağa gedən yol "dərhal antiterror mübarizəyə başlamaq"dan, "müharibə"dən, "ermənilərin işğal etdikləri ərazilərimizdə tikinti işləri aparmalarına qətiyyən yol verməməli, o tikililər dərhal bombalanıb yerlə yeksan edilməlidir" kimi fikirlərdən keçir...

 

Biz də bir millət olaraq İQBAL AĞAZADƏNİN ÜMİDİnə söykənərək Qalıb Əsgərin diliylə danışmalıyıq. Yetmədimi işğal altında böyüyən yaşımız!? Sizə elə gəlmirmi ki, yaşımız böyüdükcə biz balacalaşırıq!? Və bütün bunlar yaşadığımız həyatın nümunəsidir. Və bu nümunələr içərisində İqbal Ağazadə nümunəsi var - ÜMİDDƏN ASILAN QILINCımız! O Qılınca qurşanaq ki, günün birində haqqımıza ikili standartla yanaşan beynəlxalq təşkilatlar bizə "barışın bu reallıqla!" demək cürətində bulunmasın.

 

Elə bu arzuyla DOĞUM GÜNÜN QUTLU OLSUN, ÇOX DƏYƏRLİ İQBAL BƏY AĞAZADƏ!

/Versus.Az kollektivi təbrikə qoşulur/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı