Ruhun şad olsun, Üzeyir bəy!

08:03 18-09-2019 | icon 400 | Mədəniyyət
Ruhun şad olsun, Üzeyir bəy!

Dahilik alın yazısıdr, qismətdir. Dahilər hamı kimi anadan doğulsalar da, əslində Tanrının yer üzünə xüsusi təyinatla göndərdiyi icraçı elçiləridir. Məramları yaratmaq, bəşəriyyət tarixinə yenilik gətirməkdən ibarətdir. Əlahəzrət zaman dahilərin qarşısında acizdir, onları cismən aramızdan aparsa da varlıqlarını heç zaman unutdura bilməyib. Onlara bani də söyləmək olar. Necə deyərlər, banilər öləndən sonra da yaşayırlar...

 

Tanrı Azərbaycan xalqına bir neçə dahi şəxsiyyət bəxş edib. Onlardan biri də Üzeyir Hacıbəylidir. Müasir Azərbaycan musiqi sənətinin və milli operasının banisi. Onun yaratdıqları dünya musiqi incilərindən sayıldığı üçün Azərbaycan Respublikasının dövlət varidatı elan edilib...

 

Sağlığında hər baniyə nəsib olmayan diqqət və sayğı ilə mükafatlandırılıb. Bütün ömrü boyu imzasını Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, "Lenin ordeni" və "Qırmızı əmək bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA İncəsənət İnstitutunun direktoru kimi titullar müşayət edib...

 

1885-ci ildə Ağcəbədi rayonunda dünyaya gəlmişdi. Gənclik illəri kəməkeşli keçsə də, çox təzyiqlərə məruz qalsa da cavan yaşlarında nadir insanlardan olduğunu kəşf edib, onu əzizləyiblər. Elə də uzun ömür yaşamayıb. Bütün müsəlmanların peyğəmbəri, həzrəti Məhəmməd(s.ə.s) qədər yaşayıb...

 

Sentyabrın 18-i Üzeyir bəyin doğum günüdür, 134 illiyi tamam olur. Min il də ötsə belə, bu xalq öz dahi övladının xatirəsini hörmətlə yad edib, ruhuna dualar oxuyacaq...

Ruhun şad olsun, Üzeyir bəy!

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür