PUŞKİN, AUTİST MƏMLƏKƏT və BİR EŞŞƏK OBRAZI

21:05 02-04-2018 | icon 1143 | Köşə
PUŞKİN, AUTİST MƏMLƏKƏT və BİR EŞŞƏK OBRAZI

İGİD TEYMURLU

 

Bu gün 2 APREL DÜNYA AUTİZM MAARİFLƏNDİRMƏ GÜNÜDÜR... Və bu gün Azərbaycandakı durum deməyə əsas verir ki, BİZ AUTİST MƏMLƏKƏTİN AUTİST ÖVLADLARIYIQ!
VƏ HƏM DƏ BİZ QARA DURNA TALEYİ YAŞAYAN MƏMLƏKƏT ÖVLADLARIYIQ! İnanmırsınızsa, başınızı pəncərədən çölə çıxarın, baxın, ətrafımızda AZƏRBAYCAN COĞRAFİYASINA GÖZ DİKƏN Küçə İtləri, köpəklər hürüşür...


SÖZARASI: Bir gün Puşkin sərxoş vəziyyətdə Peterburq küçələrində səntirləyə-səntirləyə gedirmiş. Görür ki, qarşıdan gözəl bir xanım gəlir. Xanım gəlib bunun yanından keçəndə növbəti səntirləmədə özünü xanıma çırpır. Xanım da qayıdıb Puşkinə “asyol” (eşşək) deyir. Puşkin də üst-başını səliqəyə salaraq “oçen rad, Aleksandr Sergeyeviç Puşkin!” deyib əlini ona uzadır. Yəni, piyan Puşkinin məntiqiylə xanım “asyol” deyəndə özünü təqdim etdiyinə görə, Aleksandr da öz adıyla özünü təqdim edib. Kiminsə əlində tutalğac olmasın deyə, fərd olaraq mən, rəhmətlik Puşkinin düşüncələrini bölüşmürəm haaaa…

 

Həə, bax bu gün də bir millət olaraq bizi ələ salan, bir jurnalist olaraq bizləri söyənləri o xanım timsalında qarşılamalıyıq. ANCAQ nə yazıq ki, hələ də biz öz yaşamımız üçün başqasının başına döyəcləməyi, öz yaşamımız üçün başqasının başına döyəclənənləri görməməyi özəl həyat tərzimizə çevirmişik. Biz Bizi Bizdən ayrı sanmaqla öz bugünümüzü, gələcəyimizi tapdaq altında qoyuruq.
Bu gün əlində külli-ixtiyar sahibi olanlar, günlərin bir günündə "göstərən saətdə dövrani-fələk bir inqilab", halınız necə olacaq, fərqindəsinizmi!? O zaman uzanan dillər həm də Sizə doğru ünvanlananda, halınız necə olacaq və yenə də fərqindəsinizmi!? 
EYBƏCƏR CƏMİYYƏT KODEKSİNİ SIRIMAYIN BU MİLLƏTƏ!! Bu gün məni söyən sabah səni söyəcək: bu gün məni döyən sabah səni döyəcək...
Musa Urud Sabir Rüstəmxanlı üçün "bir-iki cızma-qara yazıb" deyəndə Nəriman Həsənzadəyə, Anara, Ramiz Rövşənə, Rüstəm Behrudiyə, Musa Yaquba, Məmməd İsmayıla, özünü öyməklə məşğul olan özündənmüştəbeh sayt rəhbərlərinə, "böyük" sandığım "aparıcı" jurnalistlərə, ictimai-siyasi sferada olan bütün tanınmışlara mətbu müraciət etdim ki, çıxın boçkanın dalından, cavab verin, sabah bu sözlər sizin üçün də deyiləcək. Kim cavab verdi. HEÇ KİM!!!

 

VƏ ONLAR BİR OXUCU OLARAQ MƏNİM GÖZÜMDƏ KİM OLDULAR!?

 

İndi də çaş-baş qalmışam. Və onların bu davranışlarına (Sabir Rüstəmxanlını Musa Urud gözüylə görmək) bəlkə də Rüstəmxanlının öz davranışları səbəb olub, onu da bilmirəm. Ancaq bildiyim odur ki, cəmiyyəti başına alan eybəcərliklərlə bağlı oxucusu olaraq mən də Sabir Rüstəmxanlıya "ÖLMƏK YAXŞIDIR, YOXSA YAŞAMAQ!?" deyə müraciət edəndə, o da susan dostları kimi susmuşdu...

 
"KÜÇÜK" KƏLMƏSİNƏ GƏLƏN YOL BAX HƏMİN SUSQUNLUQLARDAN KEÇİB GƏLİB HAAAAA!!!
Görən, Azərbaycanı deyə bilmərəm, bu Anarın Birlik yazıçıları və şairlərinin (ötən minillikdən qalanlarından tutmuş ta indinin gölməçələrinə su gəlincə gözləri bərəli halda doğulan modernistlərinəcən) jurnalistikaya aiddiyyatları varmı? Varsa, bə hanı!? Yəqin GİRDİKLƏRİ YER qaranlıq olduğu üçün onlar da ənənəni pozmurlar - gözlərini yumurlar. Və ol səbəbdən də hörmətli Anar müəllimin ətrafında cəm olan KLAVİATURA ƏHLİ Azərbaycan adlı COĞRAFİYAda jurnalistikanın yaylağından girib qışlağından çıxaraq hürüşən itlərdən, yumurtasına görə qaqqıldaşan və yumurtasını aparan gicbəsər anaş toyuqlardan xəbərləri də yox. Belə şair və yazıçıları olan məmləkətdə Elza Seyidcahan "yaradıcılığı"nı hədəf götürüb tənqid etmək ayıbdır. O söyüşü, o təhqiri cavablandırmağı heçə sayırsınızsa, onda yanpörtü çöməlin və AYIBINIZA QISILIN, yalandan .....ğa basmayın!....Bu gün jurnalist söyülürsə, təhqir olunursa, sabah müəllim, o biri gün həkim, üç gündən sonra ürəyi də əllərinin içi kimi qabar-qabar olan fəhlə təhqir olunacaq... Sıra sayıyla Birincimizdən tutmuş ta axırıncımızadək hər birimiz söyüş janrının, qarğış növünün “qəhrəmanları”na çevriləcəyik...

 

BİZ BİR CƏMİYYƏT OLARAQ ÖZÜMÜZÜ QORUMAQ İNSTİNKTİNDƏN MƏHRUMUQ. VƏ DOĞRUDAN DA BİZ BİR CƏMİYYƏT OLARAQ QARA DURNA TALEYİ YAŞAYIRIQ - bir-birimizin başına döyəcləməklə, mənə atılan daşdan sənin baş qaçırmağınla günümüzü itələyirik. Bizdə TORPAQ, VƏTƏN, MİLLƏT, DÖVLƏT, YURD, EL, OBA SEVGİSİ YOXDUR, SEVGİMİZ YALANDIR!!! 
Yalan olmasaydı, yurdumuz yağmalanmazdı!!!


Yalan olmasaydı, səkkiz dövlət arasında param-parça edilmiş yurd yerlərimizə bunca boynubükük halda baxmazdıq!!!!
Yalan olmasaydı, milli kimliyimizi, milli özgürlüyümüzü bunca lağ obyektinə çevirməzdik!!!


Yalan olmasaydı, dövlətdə DÖRDÜNCÜ HAKİMİYYƏT sandığımız mətbuata yönəli bunca təhqirlərə, bunca söyüşlərə münasibətdə iynəni özümüzə, çuvalduzu yol yoldaşımıza batırmazdıq!!!


Yalan olmasaydı, paz kimi istifadə olunan orduxanların vurulduğu azadlıq ağacımızın cırıltısı düzü-dünyanı bürüməzdi!!!

 

Yalan olmasaydı, Biləcərini keçəndən sonra millət olaraq bizim üçün bir amal, uğrunda ğlməyə hazır olduğumuz bir ideya uğrunda çarpışardıq. Daha suluağız, fırtıqlıburun qurumsaq qrosların küçüklərinin qarşısında yal həsrətilə boyun əyənlərimiz olmazdı!!!

 

Yalan olmasaydı, təhqir olunan jurnalistinin halını vecinə almayan sayt rəhbərində ayağa qalxmaq üçün dizində bir təpəri olardı!!!

 

Yalan olmasaydı, ramizkimilər kateqoriyasından olan elmimizə pərçimlənənlərin hərzə-mərzə söyləmələrinə ilk növbədə elm adamlarının özləri, dalısınca başqa ixtisas sahibləri toplum halında ağızlarında yığılıb qalmış və püskürdülməyə hazır OPİORFİNlə - TÜPÜRCƏKlə cavab verərdilər!!!


Jurnalistin təhqir olunmasının deməli başqa zümrəyə aidiyyatı yoxdur da!!! Amma jurnalist hamının əvəzində danışa bilər, yaza bilər, sosial şəbəkə əhlinə də bir layk vermək qalar, öyləmi!?


......bütün bunlarsa OLMADI və HEÇ OLMAYACAQ DA...
Çünki bizim çoxumuzun içində KÖLƏ XİSLƏTİ YAŞANMAQDADIR. Biz kölə xislətindən xilas olmalıyıq. Axı hər birimiz potensial prezident və potensial qul əhliyik. Ol səbəbdən də bu gün ölkə Prezidentinə atılan daşı özümüzə doğru atılan daş, qul əhlinin tapdalanmasını da özümüzün tapdalanması kimi zənn edib ortaya öz münasibətimizi qoymalıyıq. Buyurun, əməl vaxtıdır, ətrafımızda küçə İtləri hürüşür...Начало формы

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir