Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı

10:48 18-09-2019 | icon 420 | Gündəm
Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı

Baş nazir Novruz Məmmədov Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərini təsdiqləyib.

Versus.Az oxu.az-a istinadən xəbər verir ki, Baş nazir, eyni zamanda, ədliyyə orqanları işçilərinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarını təsdiq edib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də təsdiq olunub.

Qərarlar sentyabrın 1-dən tətbiq edilir.

Qeyd edək ki, qərarlar Prezidentin 2019-cu il 18 iyun tarixli 1264 nömrəli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatları vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı