NİYAZİNİN MƏNZİL MUZEYİ – 25

11:48 18-09-2019 | icon 376 | Mədəniyyət
NİYAZİNİN MƏNZİL MUZEYİ – 25

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin Mənzil Muzeyinin açılışının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də muzeyin açılışındakı nitqinin video-yazısı ilə başlayıb.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edərək, qonaqları salamlayıb və Niyazi haqqında xatirələrini bölüşüb.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova təbriklə çıxış edib.

Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxışında muzeyin 25 illik fəaliyyəti haqqında danışıb.

 

Tədbirə dəvət olunmuş qonqaqların arasında müsiqişünaslar, bəstəkar və drijorlar, Bakı muzeylərinin nümayəndələri də çıxış edərək, təbriklərini çatdırıblar.

Bədii hissədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Televiziya və Radiosunun solistlərinin ifasında konsert proqramı səsləndirilib.

 

Tədbirdə muzeyin 25 illik fəaliyyətini əks etdirən slayd-şou və foyedə “Niyazinin Mənzil Muzeyi – 25” fotosərgisi nümayiş edilir.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür