ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi - VİDEO

08:29 20-09-2019 | icon 403 | Maraqlı
ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi - VİDEO

ABŞ Hərbi Donanması ilk dəfə olaraq internetdə yayılan və UNO-ya aid olduğu iddia edilən videoların real olduğunu qəbul edib.

 

Donanmanın mətbuat katibi məxfiliyi ləğv edilmiş üç hərbi videoda çox sürətlə hərəkət edən bu cisimlərin UNO olduğunu deyib.

 

ABŞ-ın “To The Stars Academy of Arts & Sciences” özəl araşdırma şirkəti tərəfindən 2017-ci ilin dekabr və 2018-ci ilin mart tarixləri arasında yayımlanan bu görüntülərdə xüsusi sensorlarla müəyyən edilən cisimlər görünür.

 

2004-cü ildə lentə alınan bir videoda isə sensorlar bir hədəfə kilidlənir. Amma hədəfdəki cisim sürətlə ekrandan itir və sonra bir daha görünmür.

 

“BBC Türk”ün xəbərinə əsasən, 2015-ci ildə çəkilən iki videoda isə gördükləri cisimlərin nə olduğunu anlamağa çalışan hərbi qırıcıların pilotlarının səs yazısı var.

 

“Bu bir drondur, dostum. Aman Allah, küləyin əksinə hərəkət edirlər. Buna bax”, - deyə pilotlardan biri digərinə deyir. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol