TƏHSİL NAZİRLİYİNİN XEYLİ TƏKLİFLƏRİ VAR

08:52 20-09-2019 | icon 530 | Təhsil
TƏHSİL NAZİRLİYİNİN XEYLİ TƏKLİFLƏRİ VAR

“Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması yönündə işlər davam etdirilir.

 

Versus.Az xəbər verir ki, bu haqda Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli məlumat verib.

 

Qeyd edib ki, bununla bağlı onun rəhbərliyi altında İşçi Qrupu yaradılıb.

“Hesab edirəm ki, bu qanun layihəsinin müzakirələrinə və qəbuluna ciddi ehtiyac var. Mən özüm yay tətil dövründə 30 səhifəlik bir variant hazırlamışam. Eyni zamanda, qanun layihəsinin hazırlanması məsələsi Təhsil Nazirliyi ilə bir yerdə aparılır. Onların özlərinin də xeyli təklifləri var. Sadəcə, yeni tədris ilinin başlanması ilə bağlı nazirliyin işçilərinin başı qarışıqdır, əksəriyyəti yerlərdədir, açılışlardadır. Ona görə onların təkliflərini hələ tam əldə edə bilməmişik.

 

Amma hesab edirəm ki, onlar da oktyabrın 1-nə kimi təkliflərini yekunlaşdırıb, bizə təhvil verməlidirlər. Həmçinin, həmin dövrə kimi kimin təklifləri olsa, mənə, İşçi Qrupuna təqdim etsin. Komitəmizin sədr müavini Bəxtiyar Əliyev də İşçi Qrupunun sədr müavinidir. Onun da təkliflərini gözləyirik. Odur ki, bütün təklifləri bir yerdə topladıqdan sonra onu bir daha müzakirə etməli və payız sessiyası gedişində ilkin variantda müzakirələrə təqdim etməliyik. İnanıram ki, biz bunun da öhdəsindən gələ biləcəyik, bu qanun layihəsinin də qəbuluna nail olacağıq”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”