"Bu, islahat deyil, utancverici göstəricidir"

11:47 20-09-2019 | icon 896 | Siyasət
"Bu, islahat deyil, utancverici göstəricidir"

Ehtiram Mehtiyev: "Vətəndaşın dövlət qayğısına ehtiyacı var, sosial qayğı artırılmalıdır"

 

"Azərbaycanda pensiya ömrü digər ölkələrlə müqayisədə çox azdır. Hazırda kişilərin pensiya yaşı 64, qadınların isə 61 təşkil edir. Azərbaycan vətəndaşı pensiyaya çıxdıqdan sonra orta hesabla 5-6 il yaşaya bilir. Hətta pensiya yaşı gələn il 6 ay da uzadılacaq. Bu uzadılma növbəti illərdə də nəzərdə tutulub. Bu da onu göstərir ki, hökumət pensiya yaşını elə müəyyən edib ki, vətəndaş ölüm ayağında pensiyaya çıxır".

 

Versus.Az-ın məlumatına görə, bunu pensiya yaşı ilə bağlı açıqlamasında AXCP sədr müavini Ehtiram Mehtiyev bildirib.

 

Sədr müavini qeyd edib ki, ağır sosial vəziyyət nəzərə alınarsa verilən pensiyanın məbləği vətəndaşın dərmanına belə çatmır. Eyni zamanda, ən az pensiyaçı sayı və pensiya məbləği də Azərbaycandadır:

 

"Bu göstərici ilə müqaisədə Azərbaycan qonşu ölkələrdən - Gürcüstan və Ermənistandan da geridə qalır. Yalnız orta Asiya və Afrikanın bir neçə ölkəsindən yaxşı mövqedədir. Statistikaya nəzər yetirsək görərik ki, çox pensiya alanlar arasında xalq artistləri, əməkdar artistlər üstünlük təşkil edir. Hətta onların pensiyaları müharibə əlilləri, şəhid ailələrinin aldıqları pensiyadan iki dəfə çoxdur. Bu islahat deyil. Bu artıq utancverici göstəricidir. Bu gün insanların sosial vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Minumum əmək haqqı 180 manat müəyyən edilibsə, müəllimin və səhiyyə işçilərinin orta əmək haqqı 200 manatdan yuxarı deyilsə, biz bu gün hansı inkişaf tempindən danışa bilərik, hansı avropa ölkələri ilə müqayisə edilə bilərik? Hesab edirəm ki, statistik rəqəmlər sadəcə kağız üzərində qaralamadır, reallıq bunun əksini göstərir. Reallıq onu göstərir ki, Azərbaycan vətəndaşının dövlət qayğısına ehtiyacı var. Dövlət sosial qayğını artırmalıdır. Hətta buna borcludur. Çünki onlar əhalinin qayğısını öz cibləri hesabına çəkmirlər".

 

Ehtiram Mehtiyev hesab edir ki, ölkənin sərvətindən gələn gəlirlər, vətəndaşın ödədiyi vergilər bərabər, ədalətli bölünsə, hər kəsin sosial güzaranı düzələr:

 

"Xəsislik etmək əvəzinə xalqı düşünmək lazımdır. Bu gün vətəndaşın sosial rifahı yaxşı olarsa, dövlətin də təməli möhkəm olar, ölkə də inkişaf edər".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol