Mitinqə görə imiş... yesinlər mitinqinizi

13:19 20-09-2019 | icon 878 | Köşə
Mitinqə görə imiş... yesinlər mitinqinizi

Selcan evdə atasının zülmünə məruz qaldığını deyəndə valı dəyişdilər

ELÇİN ALIOĞLU

 

Tural Qarayev adlı bir qeyri-adekvat Sənay qızımızı vuranda sosial şəbəkələrdə səsdən qulaq tutulurdu. Ən çox yazanlar və hiddətlənənlər Əli Kərimlinin tərəfdarları idilər.

 

Tam doğru, dürüst, düz edirdilər. Çünki yeniyetməni, ümumiyyətlə, insanı vurmaq olmaz. Vəhşilik və əxlaqsızlıqdır bu...

Amma Selcan balamız evdə, atası Fuad Qəhrəmanlının zülmünə məruz qaldığını, barmaqlarının sındırıldığını deyəndə həmin adamlar valı dəyişdilər.

 

"Qəhrəmanlılar ailəsi əsl qəhrəmandır!", "Selcan təsir altına düşüb", "Zümrüd xanım, siz möhkəm qadınsınız!"

Belə davranışın psixologiyada adının nə olduğunu yazmıram. Sadəcə, ayıbdır, çox ayıbdır, bəylər.

 

Kiçik Selcanı az qala emo, depressiyaya uğramış və psixologiyası pozulmuş adam elan edir biri.

Digəri "hakimiyyətin oyunudu, Selcanı yoldan çıxarıblar" yazır. Başqası "28 sentyabr mitinqinə görə edirlər" vurğulayır. Özünü jurnalist adlandıran biri YouTube kanalında Zümrüd xanımdan müsahibə alır, "möhkəm olun", "təxribata uymayın" deyir, sonra Fuad Qəhrəmanlı ilə danışır və onu qəhrəman elan edir.

 

Mitinqə görə imiş. Yesinlər mitinqinizi.

"İnsan pozuntuları Selcanı yoldan çıxarıbmış"...

Və bu adamlar demokratiyadan, insan haqlarından, işıqlı gələcəkdən bəhs edirlər.

Və bu adamlar AXCP sıralarındakı ləyaqətli, şərəfli, dəyərli insanları "retroqrad", "qorxaq" adlandırıb fanatik kimi davranırlar, simasını əlcək kimi dəyişənləri, haradan necə dəstək və pul aldıqlarını əla bildiyim insan pozuntularına hələ də inanırlar.

Və bu adamlar sosial şəbəkələrdə trol olmalarının fərqində deyillər.

Heyf AXCP-dən, heyf Elçibəyin qoyub getdiyi təşkilatdan.

 

P.S - Azyaşlıya, qadına qarşı zorakılığa hər hansı formada haqq qazandıranlar - lütfən, buradan özünüz gedin.

P.P.S - 

Belə adama, onu müdafiə edənlərə, mədhiyyələr qoşanlara, "hokomoyyotin oyonlarıdı motonqa gora edorlar Fuad boy orxonuzdoyuq" tipli marazmlara varanlara vaxtımı sərf etmək istəmirəm.

Sadəcə, iki fakt.

1. Fuad Qəhrəmanlı qızı ilə bağlı onu tənqid edənlərin şərhlərini silir.

2. Fuad Qəhrəmanlı qızına xitabən "Allah bəlanı versin" deyib.

Və...

Vəssəlam. "Ailə məsələsidi" deyib ört-basdır etməyə çalışanlara isə bir sözüm var: sizlər indiyədək daim ailə məsəllərində eşələnib bunu "siyasi mübarizə" saymadınızmı?

Neandertal təfəkkürlü insan olmaq olar. Xub, olan işdi. Amma neandertallığı əqidə kimi sırımaq - bağışlayın, biz o qədər sadəlövh deyilik.

Çox iyrənc mənzərədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı