Qızlarınızın dizini sındırmayın

13:38 20-09-2019 | icon 940 | Köşə
Qızlarınızın dizini sındırmayın

...Çünki o dizində sizin nəvənizi oturdacaq

 

AZƏR QİSMƏT

 

Hər bir ailədə problem olur. Mübahisələr, gərginliklər. Bütün kişilərin həyat yoldaşına qışqırdığı, hərdən itələdiyi, lap bir dəfə əndazəni keçib sillə vurduğu da baş verib...

 

İki gündür ki, Fuad Qəhrəmanlının ailəsindəki hadisələr müzakirə olunur. Bəlkə də qarışmazdım, o vaxta qədər ki, ailə sirri ailədə qalardı. Əgər ictimaiyyət arasına çıxıbsa, fikir bildirmək olar.

 

Soz deyilir ki, ailəsini idarə edə bilməyən, hakimiyyəti də idarə edə bilməz. Bu mubahisəli məsələdir, qoyuram kənara. Söz deyilir ki, Fuad Qəhrəmanlının həyat yoldaşı sarıdan bəxti gətirməyib. Bunu da qoyuram kənara, cunki hər bir kişinin hec də həmişə bəxti gətirmir. Məni dəhşətə gətirən məqam odur ki, bu insan doğma qızının dizini sındırıb. Atanın varlığı olan qızının. Atanın əl vurmağa ürəyi gəlmədiyi doğmasının dizini sındırmaq...

 

Atalar görmüşəm ki, ən çılğın, ən ərköyün qızlarını sözlə anlatmağa calışıblar, daha dizini sındırmayıblar. Söhbət belə siyasətçilərin gələcəkdə ümumilikdə qaďınlara münasibətinin manyakvari olacağından, yanaşacağından gedir.

 

Mən gözlədim ki, çıxıb üzr istəyəcək, ya qızına deyəcək ki, "qızım, etdiklərimə görə bağışla, sənə haqsız olmuşam". Amma sən ata çıxıb dedin ki, "qızımın profilini sındırıblar". Tamam hörmətini itirdin.

 

İşin dəhşətli tərəfi həm də onda oldu ki, muxalif gənclər Selcanı qəlyan tüstülədən və başqa pozğun kollajlarla biabır etdilər. Ən azından arxasınca getdikləri siyasətçiyə hörmət əlaməti olaraq dözməli idilər. Lakin o hörmət olunmadı. Gözləri qan örtdü, baxmadılar ki, bu kimin qızıdır.

Deməli, aqressiya bütün mənəvi dəyərləri ayaq altına atmaq gücündə olurmuş.

 

Qızlarımızı sevək. Sevək ki, o da öz uşağına sevgi ötürsün. Qızlarınızın dizini sındırmayın. Çünki o dizində sizin nəvənizi oturdacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI