Suriya regionun ən böyük problemi olaraq qalıb

17:18 20-09-2019 | icon 123 | Geopolitika
Suriya regionun ən böyük problemi olaraq qalıb

Ramiyə Məmmədova: “Suriyanın ərazi bütövlüyü şərti ilə Türkiyənin nəzarətində olmasını nə Rusiya, nə də İaran istəmir”

 

Son bir neçə gündür ki, bütün dünyanın diqqəti paytaxt Ankarada baş tutan üçlüyə - Türkiyə, Rusiya və İran prezidentlərinin Zirvə görüşünə dikilib. Üçlüyün əsas müzakirə mövzusu olan Suriya – İdlim məsələsi yenidən gündəmə gətirilib. Üçlüyün bu görüşdə hansı irəliləyişləri əldə edəcəyi dünyanın müzakirə obyektində. Üçlük əsas fikir ayrıqları olan Suriya məsələsində bir araya gələ biləcəkmi və gözləntilər nədir?

 

Politoloq Ramiyə Məmmədova bildirib ki, Üçlük zirvəsində əsas görüşlərdən sonra aparılan təkbətək görüşlərdə ən əsas mövzulardan biri regiondakı vəziyyət və ən əsas da hamının gözlədiyi Suriya məsələsidir. Politoloq hesab edir ki, Üçlük bu görüşdə də Suriya məsələsində əsas gəzləntilərə cavab verə bilməyib:

 

“Çünki Suriyada əsas məsələ olan İdlim məsələsi həll olunmamış qalır. Suriyada gedən müharibə və bunun geniş vüsət alaraq Əsəd rejiminin irəliləməsi, qaçqınların yenidən Türkiyə sərhəddini keçməsinə səbəb ola bilər ki, artıq Türkiyə növbəti qaçqınları qəbul etməkdə çətinlik yaranacağını önə çəkib. Bu baş verərsə, Türkiyədə çox böyük problemlər yaranacaq”.

 

Politoloq hesab edir ki, Türkiyə ilə Rusiya arasında geniş münasibətlər olmasına baxmayaraq, bir araya gələ bilmədikləri məsələ Suriyadır. Hansı ki, burda Türkiyə Əsəd rejiminə qarşı çıxsa da, Rusiya onu dəstəkləyir. Bu məsələdə İran da böyük rol oynayır.

 

Politoloq bildirib ki, Suriya regionun ən böyük problemi olaraq qalıb. Zirvə toplantısında görüşlər baş tutsa da, nəticənin qənaətbəxş olacağını söyləmək mümkün deyil:

“Hansısa dəyişikliklərə səbəb olacağına da güman edilmir. Türkiyənin təhlükəsizlk bolgəsinin yaranmasında da fikir ayrılığı var. Suriyanın ərazi bütövüyü şərti ilə  Türkiyənin nəzarətində olmasını nə Rusiya, nə də İran istəmir”.

 

Bu mənada politoloq hesab edir ki, bu görüşdə Suriyanın yeni konstitusiyasının yazılması məsələsinə baxılacaq ki, Türkiyə bu prosesdə iştirak etmək niyyətindədir.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

Arif Hacılı jurnalistlərdən qorxdu?

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Müsavatın "mühacir oyunu" ifşa edildi