Cahangir Novruzov “Xalq artisti” fəxri adına layiq görülüb

15:05 23-09-2019 | icon 570 | Mədəniyyət
Cahangir Novruzov “Xalq artisti” fəxri adına layiq görülüb

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “Xalq artisti” fəxri adına layiq görülüb.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, sentyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib. Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

 

Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, “Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

 

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafına və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı