Müqəddəs Vasili kilsəsinin tükürpədən hekayəsi

11:38 24-09-2019 | icon 802 | Maraqlı
Müqəddəs Vasili kilsəsinin tükürpədən hekayəsi

Göy üzünün dərin qızılı-mavisiylə bütünləşdikcə nağıllar aləmini xatırladan Müqəddəs Vasili kilsəsi qəddar İvan Qroznının tələbi ilə inşa edilib.

 

Kilsə 1556-1561-ci illərdə İvan Qroznının Qazan xanlığı üzərindəki qələbəsindən sonra inşa edilib. Lakin kilsənin memarının kimliyi barədə məlumatlar indiyədək müəmmalı olaraq qalır.

 Korkunç Ivan ile ilgili görsel sonucu

Bu mövzu ilə əlaqəli araşdırmaçıların bir neçə versiyası var.

Musavat.com xəbər verir ki, versiyalardan birinə görə, kilsənin yaradıcısı məşhur memar Yakovlevdir. Digər bir versiyaya görə kilsənin memarları olan Barma və Yakovlev birlikdə çalışan iki fərqli memarlardır, bu versiya köhnə hesab olunur. Üçüncü versiyaya görə, kilsə, adı məlum olmayan avropalı (italiyan) memar tərəfindən inşa edilib.

Kilsə barəsində hələ indiyədək naməlum qalan bir məsələ də doğrudanmı kilsəninin memarlarının gözlərinin çıxarılmasıdır?

Deyilənlərə görə, qəddar hökmdar İvan Qroznı bu kilsədən ikincisi inşa edilməsin deyə kilsənin memarlarının gözünü çıxartdırıb. Lakin bu fakt da hələ tam olaraq təsdiqini tapmış sayılmır.

Qırmızı meydanda kütləvi yürüşlər zamanı Stalinin planlarına mane olduğu üçün SSRİ-də bir müddət kilsənin yıxılması barədə müzakirələr getməyə başladı.

 Ä°lgili resim

Memar Pyotr Baranovskinin cəsarətli addımları və bu barədə Kremlə vurduğu teleqramlar sayəsində kilsə dağıdılmaqdan xilas olur.

 

Səkkiz qübbədən ibarət kilsənin hər qübbəsi bir qələbəni simvolizə edir. Olduqca ilginc bir görünüşə sahib olan kilsədə İslam memarlığına bənzərlik də görmək mümkündür.

 aziz vasil katedrali ile ilgili görsel sonucu

“Şəfaət” kilsəsi olaraq da tanınan bu kilsə sovet hakimiyyətində dövlət səviyyəsində qəbul edilən ateizim siyasətindən sonra Rusiya ortodoks cəmiyyətindən alınıb, 1928-ci ildə Dövlət Tarix Muzeyinə verilib.

Kilsədə təxminən 400 rəmz, portret, peyzaj və bəzək nümunələri mövcuddur.

 uyu7.PNG (323 KB)

UNESCO-nun Ümumdünya Mədəniyyət Mirasları Siyahısına salınan bu əzəmətli kilsə şəhəri ziyarət edən turistlərin qarşısında dayanıb şəkil çəkdirdiyi sevimli məkanlarındandır. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Ludus”un təsisçisi Bakıda

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA