"Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələrdəndir"

11:58 24-09-2019 | icon 390 | Cəmiyyət
"Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələrdəndir"

Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələr sırasında yer alır.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda istilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair" seminarda deyib.

 

Nazir müavininin sözlərinə görə, bu təsirlər əsasən özünü quraqlıqlar, daşqınlar və temperatur artımı şəklində göstərir. Bu baxımdan, ölkəmiz iqlim dəyişikliyi üzrə qlobal danışıqlar və təşəbbüslərdə fəal şəkildə iştirak edir.

 

R.Hacıyev əlavə edib ki, Azərbaycan hökuməti üçün ekologiya və ətraf mühitin mühafizəsi məsələləri daim prioritet təşkil edib:

"Bunun bariz nümunsədir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan 20-dən çox beynəlxalq konvensiyalara qoşulub. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və 2016-cı ildə həmin Konvensiyaya əlavə olan Paris Sazişini imzalayıb və ratifikasiya edib".

 

Nazir müavini qeyd edib ki, Azərbaycan da "Milli Səviyyədə Müəyyən Edilən Töhfələr" barədə sənədi təqdim edərək istixana effekti yaradan qaz emissiyalarını 1990-cı illə müqayisədə 35 faiz azaltmaq məqsədini qarşıya qoyub.

 

Hazırda prioritet olaraq müəyyən edilmiş energetika, sənaye, kənd təsərrüfatı, torpaqlardan istifadə, meşəçilik və tullantıların idarə olunması sektorları üzrə bəzi öhdəliklərin yerinə yetirilməsinə başlanılıb:

"Yaşıl İqlim Fondunun dəstəyi ilə icrasına başlanılan əməkdaşlığa hazırlıq üzrə cari layihənin məqsədi ölkədə qeyd olunan tədbirlərin həyata keçirilməsini təmin edərək kənd təsərrüfatı, torpaqlardan istifadə və meşəçilik sektorları üzrə öhdəliklərin yerinə yetirilməsinə şərait yaratmaqdır. Bugünkü seminar Azərbaycanın Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlığına yönəlmiş növbəti tədbirlərdən biridir. Qeyd etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə bir neçə ildir ki, məqsədyönlü əməkdaşlıq edir. Hesab edirəm ki, bu əməkdaşlıq önümüzdəki illərdə də uğurla davam edəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı