AXCP sədri: "Yalançı və ikiüzlü siyasətinizlə xalqı aldadırsınız"
"İstefa mədəniyyəti olmayan Əli Kərimli tribunadan istefa tələb edəndə, dodaqlara gülüş qonar"
“Əli Kərimlinin istefa vermiş müavini Fuad Qəhrəmanlının yayılmış səs yazısını dinlədim və şok yaşadım. Səsyazısı zamanı Fuad Qəhrəmanlı bildirir ki, həm iqtidarın, həm də partiyanın resurslarından istifadə edib, hakimiyyətə gələcək".
Versus.Az xəbər verir ki, bu sözləri AXCP-nin bu gün keçirilən Qrup Toplantısında partiya sədri Razi Nurullayev deyib:
"Fuad Qəhrəmanlı hər iki tərəfi aldada biləcəyindən əminliyini ifadə edərək bildirir ki, Əli Kərimli onun hakimiyyətə işləməsindən xəbərdardır. Məgər onun səsini tanımayan varmı? Bunu kim təkzib edə bilər? Özləri dilləri ilə deyirlər ki, hakimiyyətə işləyirlər, min hoqqadan çıxırlar”.
Partiya sədri bildirib ki, bundna sonra onu hakimiyyətə işləməkdə, satılmaqda günahlandıranlar vicdanları qarşısında cavab verməlidirlər:
“Bu cür ifşadan sonra da Əli Kərimli istefa vermirsə, hansı siyasi mədəniyyətdən, səmimiyyətdən və xalqın inamından danışa bilər? Şərhlərini oxuyuram və deyirlər ki, hakimiyyət edib. Bunlar ya özlərini, ya da xalqı dolayıblar. Hər kəsi avam yerinə qoyub, istədiklərini cəmiyyətə yeritmək istəyirlər. Bəli, hakimiyyət edib, sizi satın alıb və barmağında fırladır. Siz isə yalançı və ikiüzlü siyasətinizlə xalqı aldadırsınız. İstefa da bir mədəniyyətdir. İstefa mədəniyyəti olmayan Əli Kərimli tribunadan istefa tələb edəndə, ancaq dodaqlara gülüş qonar. Birinci özün istefa mədəniyyəti göstər və sonra tələb et! Mənə “satqın” deyənlər qoy indi bir daha düşünsünlər”.
R.Nurullayev qeyd edib ki, gücə və siyasi reallığa uyğun siyasətin tərəfdarıdır:
“Əgər bu, “satqın” olmaq anlamına gəlirsə, Azərbaycanda siyasi partiyaların çoxu satqındır. Amma yox, satqın o kəslərdir ki, hakimiyyətlə gizli sövdələşməyə gedir, sonra da hoqqabazlıq edirlər!”
Versus.Az
Xəbər lenti
Daha bir bank BAĞLANIR
Depozitlərin və kreditlər portfelinin azalması da...