"Sosial şəbəkələrin imkanlarından düzgün istifadə etmirlər"

13:16 25-09-2019 | icon 352 | Siyasət
"Sosial şəbəkələrin imkanlarından düzgün istifadə etmirlər"

Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edirlər. Orada ara qarışdırmağa cəhd edilir.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə deyib.

 

S.Novruzov bildirib ki, bu işlərin arxasında bəzi dövlətlər dayanır:

“Bu insanların maliyyəçiləri sırasında erməni lobbisi xüsusi yer alır. Xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri aktiv olmalıdırlar. Deyək ki, hansısa paylaşıma şərh yazmırsa belə, məsələn, Heydər Əliyev Mərkəzinin şəklini çəkib paylaşmaqla fayda verə bilər. Göstərsinlər ki, hansı Avropa ölkəsində son 20 ildə Azərbaycandakı qədər işlər görülüb. Azərbaycan və Qazaxıstan istisna olmaqla, post-sovet ölkələrində vəziyyət dəyişməz qalır. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdib”.

 

YAP icra katibinin müavini vurğulayıb ki, əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz:

“Azərbaycan sabitlik adasıdır. YAP-ın rayon təşkilatlarnın sədrləri insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər. Düzgün istiqamət verərək yalan məlumat yayanlarla söhbət aparılmalıdır. Bəzi hallarda YAP üzvlərinin çaşdırılması prosesi həyata keçirilir, onları yoldan çıxarmağa cəhd göstərirlər, yalan fikirlər ortaya atırlar. Bunun qarşısı alınmalıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin