Regional məntəqələrdə toplanan yunun Sumqayıtdakı fabrikə təhvil verilməsinə başlanılıb

11:59 26-09-2019 | icon 486 | İqtisadiyyat
Regional məntəqələrdə toplanan yunun Sumqayıtdakı fabrikə təhvil verilməsinə başlanılıb

Regional məntəqələrdə toplanan yunun Sumqayıtdakı fabrikə təhvil verilməsinə başlanılıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti respublikamızın bölgələrində yun tədarükünü davam etdirir.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, tədarükçülər ölkəmizin bütün bölgələrindən aldıqları yunu Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında fəaliyyətə başlayan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə təhvil verirlər. Bu məntəqələrdə il ərzində 1500 ton çirkli yun qəbulu həyata keçiriləcək.

 

Regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənir. Yun çeşidləndikdən sonra onların üzərinə xüsusi yarlıqlar vurulur. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü (qaba və incə), nəmliyi barədə məlumatlar öz əksini tapır.

 

Məntəqələrdə toplanan yun Sumqayıtdakı Yunəyrici-Boyaq Fabrikinə gətiriləcək. Müəyyənləşdirilmiş istehsal proseslərdən sonra yunun bir hissəsi 250 ton iplik əldə etməyə sərf olunacaq. Burada 350 ton təmiz yun istehsalı nəzərdə tutulub ki, bu da xammal kimi satışa çıxarılacaq.

 

Sentyabrın 25-də Yunəyrici-Boyaq Fabrikinə yunun təhvil verilməsi prosesinə başlanılıb.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov fabrikə yun qəbulu prosesi ilə maraqlanıb. Bildirilib ki, ilk olaraq Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində toplanan yun fabrikə təhvil verilir.

 

Fabrikdə görülən işlərlə də tanış olan İdarə Heyətinin sədrinə məlumat verilib ki, artıq burada əsas tikinti işləri başa çatdırılıb. Fabrikə qəbul ediləcək yunun yuyulması, qurudulması, daranması, əyrilməsi və boyanması üçün nəzərdə tutulan istehsalat sahələri avadanlıqların quraşdırılmasına tam hazır vəziyyətə gətirilib. Bu günlərdə avadanlıqların quraşdırılmasına başlanılacaqdır.

 

İdarə Heyətinin sədri məntəqələrə və fabrikə yun qəbulu zamanı müəyyənləşdirilmiş standartlara ciddi əməl olunması, fabrikdə avadanlıqların quraşdırılması işinin sürətləndirilməsi barədə tapşırıqlar verib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür