"ATƏT-in Minsk qrupu öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir"

12:10 26-09-2019 | icon 356 | Siyasət
"ATƏT-in Minsk qrupu öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir"

Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

 

O bildirib ki, birinci hal deyil ki, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir:

“Məqsəd danışıqlar prosesinə ziyan vurmaq və pozulmasına nail olmaqdır. Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitibdir. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqları pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışırlar”.

 

Ə.Əhmədov vurğulayıb ki, beynəlxalq ictimaiyyət bunu kəskin tənqid edir:

“Azərbaycan tərəfi qəti şəkildə dəfələrlə bəyan edib ki, biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr, Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək”.

 

Baş nazirin müavini əlavə edib ki, ATƏT-in Minsk qrupu yumşaq şəkildə desək, öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin