“Bircə qərarla televiziyalardan mənəviyyatsızlığı yayan verlişləri, serialları yığışdıra bilər”

13:11 26-09-2019 | icon 1714 | Siyasət
“Bircə qərarla televiziyalardan mənəviyyatsızlığı yayan verlişləri, serialları yığışdıra bilər”

Fuad Əliyev: “Bu halların çoxalması mövcüd sosial problemlərin dərinləşməsi və savadsızlıqdan irəli gəlir

 

“Hər bir ailədə söz-söhbət olur. Fərqi yoxdur, varlı təbəqə olsun və yaxud kasıb. Bu problem hər bir təbəqədə mövcuddur. Xırda bir anlaşılmazlıq, xırda bir məsələyə görə mübahisə görürsən ki, qlobal problemlərə yol açır”.

 

Bu sözləri Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. Partiya sədri son zamanlar sosial şəbəkəni zəbt edən ailə probleminə sosial-psixoloji rakusdan yanaşıb:

 

“Azərbaycanda boşanmalar, özünə sui-qəsd, kürəkənin qayınatanı, qayınananı, öz ailə üzvlərini öldürməsi və yaxud gəlinin qayınanasını, həyat yoldaşını öldürməsi və sair bu kimi son vaxtlar belə bir xəbərlərin çoxalmasının şahidiyik. Hər iki tərəfin xəyanəti, ailə zorakılığı da gündəmi zəbt edib. Bütün bu problemlər həmişə olub. Amma sadaladığım bu halların çoxalması mövcüd sosial problemlərin dərinləşməsi və savadsızlıqdan irəli gəlir.

İkinci tərəfini desəm, televiziyalarda gedən verlişlər, serialların da böyük təsiri var. Çoxları Sovet dövrünü bəyənmir. Amma Sovet vaxtı bizim adət-ənənələr, ailə modeli nəinki itdi, əksinə daha da möhkəmləndi, bizim xalqımızda olan adət-ənənələr Sovet İttifaqında yaşayan digər xalqlara nümünə oldu və indiyə qədər nümünə kimi qalır. Çəkilən filmlərdə ailə tərbiyəsi, böyük-kiçik məsələsi, ailənin bütövlüyü kimi məsələlər nümayiş olunurdu. Amma indi yaşadığımız müstəqillik dövründə baxın nə baş verir. Seriallarda hər iki tərəfin - kişinin və yaxud qadının xəyanəti adi bir məsələ kimi göstərilir. “Əcəb elədin” deyənlər də var”.

 

Televiziya verlişlərinə baxmağın mümkünsüzlüyünü bəzi jurnalistlərin televiziyalara mənəviyyatsızlığı ixrac etməsi ilə əlaqələndirən Fuad Əliyev narazılıqlarını dilə gətirib:

 

“Kişi cinsində olub da kişiyə məxsus əlaməti olmayanlar televiziya kanallarını zəbt ediblər. İndi bu cavanlar, gənc nəsil bunları görüb hansı keyfiyyətlərlə, necə böyüsünlər? Çoxu belələrini görür və o da qurduğu ailələrə hörmətsizlik, xəyanət, ailə zorakılığı gətirir. Bir söz var: Hər bir xalq öz rəhbərinə layiqdır. İndi rəhbər öz xalqını beləmi görmək istəyir? Çıxış yollar çoxdur. Ən əsası bu dövlət bugünki hakimiyyətin əlindədir. Bir qərarla televiziyalarda mənəviyyatsızlığı reklam edən verlişləri, serialları yığışdıra bilər. Ən azı gecə saat 12-dən sonra və yaxud pullu kanallarda efirə verə bilərlər”.

 

ALDP sədri qeyd edib ki, xaricdə məhz belədir. Yəni o cür verilişlər gecə saat 12-dən sonra efirə verilir. F.Əliyev xaricdə ailədə xırda problemlərdən tutmuş böyük problemlərə qədər ailə psixoloqlarına müraciət olunduğunu vurğulayıb:

 

“Mən 10 il bundan qabaq psixoloq kimi fəaliyyət göstərəndə müşahidəetdim ki, psixoloqa çox az insanlar müraciət edir. Bunun da izahını belə verərdim ki, xalqımızın mentaliteti psixloqa müraciət etməyə imkan vermirdi. Amma indi sevindirici haldır ki, psixoloqlara müraciətlər çoxalıb. Hətta ailə və şəxsi psixoloqlar var. Bu yaxşı haldır. Çünki istənilən problemlərlə üz-üzə olanda, psixoloqların köməyi faydalı olar”.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin