Küçə sənətçisi kimi işləmək istəyənlərin seçiminə başlanacaq

15:24 26-09-2019 | icon 365 | Cəmiyyət
Küçə sənətçisi kimi işləmək istəyənlərin seçiminə başlanacaq

Bakıda küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyənlərin seçiminə gələn həftənin əvvəlindən başlanılacaq.

 

Versus.Az xəbər verir ki, bunu Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.

Onun sözlərinə görə, küçə sənətçisi kimi fəaliyyət göstərmək üçün BTİM-ə təxminən 15 nəfər müraciət edib. Həmin sənətlərin seçimi təxminən 1 həftə davam edəcək. Sənətçiləri Dövlət Turizm Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhəri üzrə İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin nümayəndələrindən ibarət komissiya üzvləri seçəcək.

 

R.Bağırıv qeyd edib ki, seçim zamanı müsbət rəy alan sənətçilərlə müqavilə bağlanılacaq:

"Seçim bitəndən 1 həftə sonra onlar Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində müəyyən edilmiş 20-25 yerdə çıxış edə biləcəklər. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəməyəcək və qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".

 

R.Bağırov sənətçilərin iş saatının onların özləri tərəfindən müəyyən ediləcəyini də söyləyib.

 

O əlavə edib ki, sənətçilər seçilmiş yerlərdə 3 ay ərzində fəaliyyət göstərəcəklər. Üç ay başa çatdıqdan sonra isə onlar müddətin uzadılması üçün yenidən Mərkəzə müraciət edə bilərlər.

 

Küçə sənətçisi kimi seçim prosesində iştirak etməyən, lakin bu fəaliyyət növü ilə məşğul olan digər şəxslərə gəldikdə, R.Bağırov bildirib ki, onlar yenə də öz fəaliyyətlərini davam etdirə bilərlər:

“Biz yalnız dövlət tərəfindən müəyyən edilmiş ərazilərdə küçə sənətçilərinin fəaliyyət göstərməsinə icazə veririk. Kiminsə istedadı varsa və bizim seçimlərdə iştirak etmək istəmirsə, o, istədiyi yerdə bu fəaliyyətlə məşğul ola bilər. Amma bu halda biz onun məsuliyyətini daşımırıq. Biz yalnız dövlət tərəfindən ayrılan konkret yerlərdə çalışmaq istəyənlər üçün seçim həyata keçiririk”. /Trend.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI