Azər Həsrətə lağla baxan Emin Hüseynov

15:52 26-09-2019 | icon 1206 | Köşə
Azər Həsrətə lağla baxan Emin Hüseynov

O qədər Emin Hüseynov kimi buqələmunlar görmüşdülər ki...

OKTAY HACIMUSALI

 

Avropada keçirilən tədbirdə çıxış edən Mətbuat Şurasının üzvü, dəyərli jurnalistimiz Azər Həsrət çox maraqlı məqamlara toxundu qısa çıxışında və Ermənistanla Azərbaycan arasındakı fərqi çox ciddi faktlarla izah etdi. Azərbaycanda mövcud olan multikulturial dəyərlərə diqqət çəkən Azər bəy eyni zamanda Ermənistanın bu dəyərləri necə heçə saydığını da sözlərinə əlavə etdi. Bundan başqa Azərbaycanda bütün xalqların əsrlərdir sülh və demokratiya şəraitində yaşamasını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.

 

Əslində burda qəribə heç nə yoxdur və Qərbdə də bunu əslində hər kəs çox gözəl bilir. Amma demək lazım idi ki, Azər Həsrət bu haqda danışdı və avropalıların təkrar-təkrar bu məqamları eşitməli olduğu da bilinən gerçəklərdəndir. İllərdir avropalılar bu gerçəkləri bildikləri halda bizə ikili standartlarla yanaşıb bizim pozulmuş hüquqlarımızı görməzdən gəlmirlərmi güya? Amma xatırlatmaqda fayda var hər dəfə. Bəlkə yuxuya gedən vicdanları oyandı və bir dəfə də olsun yatmış vicdanlarını Avropadakı və bizdəki yalan maşınlarının uydurduqları yalançı laylaları ilə təzədən yuxuya vermədilər bəlkə. Ola bilər də, necə deyərlər çıxmayan candan ümid kəsilməz!...


Amma həmin videoda mənim diqqətimi çəkən Azər bəy danışarkən arxada oturan RATİ sədri Emin Hüseynovun ironiya dolu gülüşləri oldu. Azər Həsrət qısa çıxışı boyunca hər dəfə Azərbaycanla bağlı həqiqətləri tədbir iştirakçılarına catdirarkən Emin Hüseynov rəngdən rəngə, haldan hala düşürdü. Çünki Azər bəyin dedikləri ilə onun çıxışında iddia etdikləri arasında çox böyük fərq var idi.


Emin Hüseynov Azər Həsrətdən fərqli olaraq Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulmasından dəm vururdu.


Emin Hüseynov Azər Həsrətdən fərqli olaraq Azərbaycanı siyasi məhbuslarla dolub-daşan bir ölkə olaraq göstərmək dərdində idi. Bunun da özünəməxsus səbəbləri var. Çünki Azər bəydən fərqli olaraq Emin Hüseynovun və onun kimi demokratiya dəllallarının çörəyi ordan gəlir. Azərbaycan haqqında danos yazıb Human Rights watch, Sərhədsiz reportyorlar, Demokratiyanın inkişafına dəstək institutu kimi qərəzli təşkilatlara ötürüb yerlərini şirin göstərirlər.


Emin Hüseynov Azər Həsrətdən fərqli olaraq qardaşı Mehman Hüseynovla, ya da Əfqan Muxtarlı üçün pul dilənmək üçün gəlmişdi o toplantıya. Və həmin toplantıda blogger kimi təqdim etdiyi, jurnalist kimi tanıtdığı mərhum Rasim Əliyevdən, Mehman Qələndərovdan danışıb Azərbaycanı qaralayacaqdı. Qaraladı da.


Azər Həsrət isə Emin Hüseynovdan fərqli olaraq ora Azərbaycanla bağlı danışmağa gəlmişdi. Orda oturanlar bunu çox gözəl bilirdilər və Azər Həsrəti də, RATİ sədrini də əla taniyirdilar. İllərlə məhz elə bu zalda o qədər Emin Hüseynov kimi vətən, millət, dövlət sevgisi olmayan buqələmunlar görmüşdülər ki, bu da onlardan birisi idi onlar üçün. Amma Ermənistanda azərbaycanlılara aid məzarlıqların, məscidlərin, yaşayış binalarının və bütövlükdə maddi mədəniyyət abidələrinin dağıdılması faktını Azər Həsrət dilə gətirəndə Emin Hüseynovun üzündəki ironiyanın necə birdən-birə nifrətə çevrildiyini görəniniz oldumu? Mən şəxsən gördüm və görməyənlər də lütf edib videoya baxsınlar!


İnsan hansısa şəxsi, ümumiyyətlə hansısa iqtidarı sevməyə bilər, fərqli düşünə bilər, amma məsələ milli məsələdirsə zəhmət çəkib həmin milli məsələdə həmrəylik nümayiş etdirməlidir və buna borcludur. Azər bəy haq üçün orda bircə kəlmə də olsun Azərbaycan iqtidarı haqda danışmadı və əsas etibarı ilə danışdıqları da ölkədəki mövcud vəziyyət, ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında idi. Orda da lağla baxılacaq, ironiya doğuracaq heç bir məqam yox idi. Əksinə, RATİ sədri çıxışı zamanı özünü zavallı durumuna salmışdı, həmin toplantıda da lağ olunası bir nəfər var idisə, o da Emin Hüseynov özü idi. Amma durub daş-kəsəyin gününə ağlayırdı ki, bu da kənardan çox gülünc görünürdü.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı