Qədim yeraltı qitələrin sirri açıldı

16:00 26-09-2019 | icon 486 | Maraqlı
Qədim yeraltı qitələrin sirri açıldı

ABŞ-ın Kaliforniya Universitetinin alimləri 2900 kilometr dərinlikdə yerləşən qitə böyüklüyündə nəhəng qaya kütləsi tapıblar.

 

Əvvəllər zəif sürətlə hərəkət edən bu böyük birləşmələrin (LLSVP) okean plitələrinin qalıqları olduğuna inanılırdı. İndi onların təbiətinin daha mürəkkəb olduğu ortaya çıxdı. Elmi işin nəticələri "Geokimya, Geofizika, Geosistemlər" jurnalında dərc edilib.

 

Tədqiqatçıların fikrincə, LLSVP-lər Yerin yaranmasından bəri mövcud olan strukturdur. Onlar planetar nüvənin xarici qabığına bitişikdir. Bunlardan biri Afrika, digəri Sakit Okeanın altındadır. Onun diametri minlərlə kilometrə, qalınlığı isə min kilometrə çatır. Uzun müddətdir ki, elm adamları strukturların okean qabığının parçaları ilə subduksiya nəticəsində mantiyaya düşdüyünü fərz edərək, LLSVP ilə onların üstündəki yer qabığının geokimyəvi tərkibi arasında əlaqə yaratmağa çalışıblar.

 

Geodinamik modelləşdirmənin nəticələri göstərib ki, yerdən səthə qalxan mantiya plumları şaquli yox, üfüqi vəziyyətdə hərəkət etməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ