Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar müəyyənləşdirildi

12:34 27-09-2019 | icon 306 | Cəmiyyət
Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar müəyyənləşdirildi

Nazirlər Kabineti “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”ı təsdiqləyib.

 

Versus.Az xəbər verir ki, əlilliyi olan şəxslərin reabilitasiyası erkən müalicə müddətindən başlanılmalıdır. Əlilliyi olan şəxslərin reabilitasiyası ardıcıl və davamlı olaraq, həyata keçirilməli, əlilliyi olan şəxsin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasına hədəflənməlidir.

 

Reabilitasiya ilə bağlı tədbirlər sistemi əlilliyi olan şəxsin müayinəsi, ilkin qiymətləndirmənin aparılması, reabilitasiya potensialının və proqnozunun müəyyən edilməsi, fərdi reabilitasiya proqramının hazırlanması, reabilitasiyanın aparılması, reabilitasiyanın gedişatına nəzarət edilməsi, reabilitasiyanın nəticəsinin qiymətləndirilməsi kimi mərhələləri özündə əks etdirir.

 

Əlilliyi olan şəxslərin reabilitasiyası təyinatından asılı olaraq, tibbi, peşə-əmək, sosial bacarıqların inkişafı, psixoloji-pedaqoji reabilitasiya növlərinə bölünür.

 

Özəl və bələdiyyə reabilitasiya subyektləri reabilitasiya tədbirlərinin kompleks şəkildə aparılması üçün sanitariya-gigiyena, yanğından mühafizə, təhlükəsizlik texnikası və kommunal şəraiti olan binada yerləşdirilməlidir. Özəl və bələdiyyə reabilitasiya subyektlərində çalışan mütəxəssislər çalışdıqları sahə üzrə ali, peşə və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin