Qənirə Paşayeva: “Ali Baş Komandanın ətrafında daha sıx birləşməliyik”

15:18 04-04-2018 | icon 928 | Qarabağ
Qənirə Paşayeva: “Ali Baş Komandanın ətrafında daha sıx birləşməliyik”

Aprel şəhidləri Sumqayıtda da anılıb

 

Sumqayıtda Şəhidlər Xiyabanında qəhrəman şəhidlərimiz Raquf Orucov və Murad Məmmədovun anım tədbiri keçirilib. Versus.az-ın məlumatına görə, tədbirdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.

 

Qənirə Paşayeva “Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm” deyərək Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb. “Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik” deyən millət vəkili Ali Baş Komandan Prezident İlham Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərini diqqətə çatdırıb:

 

“Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək”.

 

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın “şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır” çağırışını xatırldan Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz” deyib.

 

Tədbirdə iştirak edən Ağdam rayon icra hakimiyyətinin rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri çıxış edərək Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimiz hər zaman sevgi ilə anılacaq deyiblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı