"Gənc nəsildə kitaba məhəbbətin artırılmasına xüsusi diqqət verilməlidir"

13:11 27-09-2019 | icon 301 | Siyasət
"Gənc nəsildə kitaba məhəbbətin artırılmasına xüsusi diqqət verilməlidir"

Bu gün Azərbaycan sözün həqiqi mənasında böyük intellektual sərvəti olan ölkədir.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində deyib.

 

Əli Əhmədov bildirib ki, Azərbaycan bu gününü və gələcəyini bu sərvətdən ayrı təsvir etmir:

"İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil. Kitab yarmarkasının keçirilməsi hər şeydən əvvəl Azərbaycanda kitabın təbliğatı üçün həyata keçirilən əzəmətli təşəbbüsdür. Kitab bilik, mədəniyyət, eyni zamanda, insanın, cəmiyyətin inkişafı deməkdir. Bütövlükdə cəmiyyətin mədəni, intellektual, iqtisadi inkişafı öz başlanğıcını, eyni zamanda kitabdan, biliklərdən götürür. Kitaba məhəbbət bu mənada cəmiyyətin, insanların biliklərə, elmlərə həvəsinin artırılması ilə əlaqədardır. Azərbaycan qədimdən elmə, biliyə həvəsi olan ölkə olub. Bu həvəsin yaradılmasında kitab misilsiz rol oynayıb”.

 

Baş Nazirin müavini əlavə edib ki, Azərbaycanda kitaba hər zaman məhəbbət olub və bu, çox sevindirici haldır. Gənc nəsildə kitaba məhəbbətin artırılmasına xüsusi diqqət verilməlidir.

 

Ə.Əhmədov hesab edir ki, bununla gənclər həm zəngin biliklər əldə edəcək, həm onların intellektual, mədəni səviyyələri yüksələcək, dünyagörüşləri artacaq, həm də Azərbaycana xidmət edə biləcək layiqli vətəndaşa çevriləcəklər:

“Hesab edirəm ki, gənclərin kitaba məhəbbətini daha da gücləndirməklə cəmiyyətimizi daim irəli apara biləcəyik. Mədəniyyət Nazirliyi də Azərbaycanda kitabın təbliğ olunması üçün yaxşı layihələr həyata keçirir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı