"Azərbaycan hökuməti BMT-nin Əhali Fondunun Azərbaycandakı işini yüksək qiymətləndirir"

18:04 27-09-2019 | icon 315 | Siyasət
"Azərbaycan hökuməti BMT-nin Əhali Fondunun Azərbaycandakı işini yüksək qiymətləndirir"

"BMT-nin Əhali Fondunun Azərbaycanda 25 il ərzində gördüyü işləri yüksək qiymətləndiririk".

 

Versus.Az xəbər verir ki, bunu Baş Nazirin müavini Əli Əhmədov BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyətinin 25 illiyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

 

Onun sözlərinə görə, Azərbaycan hökuməti Fondla bir çox uğurlu birgə layihələr həyata keçirib və üzərinə düşən öhdəliklərini də yerinə yetirir. "Azərbaycan öz əhali resursları ilə fəxr edə bilər. Ölkə əhalisinin sayı və keyfiyyəti hökumətin diqqət mərkəzindədir. Bütün təbəqələrdən olan insanların təhsil almaq hüququnu təmin etmək üçün layihələr həyata keçirilir, sağlam həyat tərzi gördüyümüz işlərdən biridir", - o bildirib.

Ə.Əhmədov həmçinin qeyd edib ki, Azərbaycanın xüsusi daxili siyasətini Dağlıq Qarabağdan 1 milyondan çox qaçqın və məcburi köçkünün olması faktı formalaşdırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi