Millət vəkili Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb

21:18 04-04-2018 | icon 1053 | Qarabağ
Millət vəkili Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb

“Dövlətimiz və cəmiyyətimiz hər zaman yanınızdadır”

 

Millət vəkili Qənirə Paşayeva Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb.

Versus.az-ın məlumatına görə, Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşdə millət vəkili bildirib ki, şəhidlər kimi, onların anaları, xanımları, övladları da çox qiymətlidir. “Onlar bütün məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır” deyən millət vəkili şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb.

Hər bir qəhrəman şəhidimiz haqqında danışan Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib.

Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib.

 

Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q.Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.

 

Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub. Q.Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və hər zaman yanınızdayıq deyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı