İordaniya mətbuatı İmadəddin Nəsiminin həyat və yaradıcılığından yazır

18:49 27-09-2019 | icon 363 | Mədəniyyət
İordaniya mətbuatı İmadəddin Nəsiminin həyat və yaradıcılığından yazır

İordaniyanın aparıcı “Əd-Dustur” qəzetində, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında “Seyid İmadəddin Nəsimi: Cahanın sığmadığı həqiqət şairi” sərlövhəli məqalə dərc edilib.

 

Versus.Az-ın məlumatına görə, məqalənin əvvəlində 2019-cu ilin Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə təsadüf etdiyi, məhz bu səbəbə görə cari ilin Azərbaycanda Prezidentin Sərəncamına əsasən “Nəsimi ili” elan edildiyi oxucuların diqqətinə çatdırılır. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən şairin mübarək ruhuna dərin hörmət və hədsiz məhəbbətə dəlalət etdiyi vurğulanır.

 

Yazıda Nəsiminin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Dahi mütəfəkkirimizin poeziya yaradıcılığına toxunularaq, ilk növbədə, onun Azərbaycan ədəbiyyatı ilə yanaşı, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən hesab edildiyi vurğulanır, yaradıcılığında insan obrazının bəşəri və eyni zamanda, ilahi xüsusiyyətlərə malik olmasının öz əksini tapdığı qeyd edilir. Görkəmli Azərbaycan şairinin şeirlərinin Şərq xalqlarının hafizəsində əbədi həkk olunduğu vurğulanır, tanınmış ədəbiyyatşünasların tədqiqatlarının, elmi araşdırma və kitabların Azərbaycan xalqı tərəfindən Nəsimi şəxsiyyətinə və ölməz irsinə verilən yüksək önəmin göstəricisi olduğu qeyd edilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin