İstanbul zəlzələsi süni yaradılıb?

04:35 28-09-2019 | icon 132 | Geopolitika
İstanbul zəlzələsi süni yaradılıb?

Türkiyədə, xüsusilə İstanbulda baş verən zəlzələnin qonşu Yunanıstanda hiss edilməməsi anormaldır. Əgər İstanbulda 5.9, yəni təxminən 6 bal gücündə təbii zəlzələ baş veribsə, Yunanıstanın İstanbula yaxın ərazilərində də ən az 3 bal gücündə təkanlar olmalı idi. Bu baş verməyibsə, demək ki, İstanbulda baş verən zəlzələ təbii hadisə deyil.

 

Versus.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq-alim Telman Zeynalov dünən İstanbulda qeydə alınan 5,9 bal gücündə zəlzələ ilə bağlı danışarkən deyib.

 

Ekoloq-alim bildirib ki, bununla kimlərsə Türkiyəyə hədə-qorxu gəlir:

“Çünki geoloqlar əvvəlcədən məlumat verir ki, müəyyən təkanlar ola bilər. Ən az 2-3 saat əvvəl bu barədə geoloqlar məlumatlı olur. Bu qəflətən baş verirsə, deməli, kimlərsə Türkiyəyə hədə-qorxu gəlir.

Bəli, Türkiyə, xüsusilə İstanbul çox təhlükəli seysmik xəttin üzərində yerləşib və hər an orada güclü zəlzələ ola bilər. Ancaq bu dəfə baş verən hadisə zəlzələ deyil. Silahlardan istifadə edilərək yaradılmış süni hadisədir. Yaponiyada necə oldu, xatırlayırsınızmı? 2011-ci ildə sunami Yaponiyanın böyük bir hissəsini dağıtdı. O da Atom Elektrik Stansiyasının partladılması nəticəsində baş vermişdi.

Bu gün Türkiyənin cəzalandırılmasının səbəbi Rusiyaya yaxınlaşmasıdır. Bu da Amerikaya sərf etmədiyi üçün belə addım ataraq süni zəlzələlər yaradır. Dünyanın əksər ölkələrini süni zəlzələ ilə qorxuya salan nadir ölkələrdən biri də məhz elə Amerikadır. Bu silahlar da ancaq Amerikadadır. Birmənalı olaraq bəyan edirəm ki, dünən İstanbulda baş verən zəlzələ süni yolla baş vermiş hadisə idi”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

Arif Hacılı jurnalistlərdən qorxdu?

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Müsavatın "mühacir oyunu" ifşa edildi