Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR

12:47 28-09-2019 | icon 445 | İqtisadiyyat
Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR

Baş nazir Novruz Məmmədov ədliyyə orqanları işçilərinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi barədə qərar imzalayıb.

 

Versus.Az xəbər verir ki, qərarda göstərilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənsin.

Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

 

Bildirək ki, qərar Prezidentin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.

 

Xatırladaq ki, bu ilin iyun ayının 18-də Prezident  İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol