“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub

12:57 28-09-2019 | icon 271 | Cəmiyyət
“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub

Bu gün Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunan festival oktyabrın 4-də yekunlaşacaq.

 

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı “İçərişəhər” (DTMQİ) və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) ilə birgə təşkil olunub.



Festivalda İslam Şərqinin 30 ölkəsinin 50-dən çox sənətkarı öz yaradıcılıq nümunələrini nümayiş etdirirlər. İştirakçı ölkələr arasında Türkiyə, İran, Əlcəzair, Pakistan, Özbəkistan, Oman Sultanlığı, İordaniya krallığı və s. var.

 

Açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Xalid Ərən və s. iştirak ediblər.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov deyib ki, Prezidentin sərəncamı ilə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkədə bir çox tədbirlər keçirilir.


IRCICA ilə əməkdaşlıqlarının ötən il başladığını deyən Ə.Ələkbərov əlavə edib ki, Azərbaycanda sənətkarlığın inkişafına dövlət dəstəyi var.

Ə.Ələkbərov hesab edir ki, bu festival islam ölkələri arasındakı əlaqələri daha da genişləndirəcək.

 

Şeyxülislam Hacı Allahşükür Paşazadə festivalların insanları birləşdirdiyini bildirib:

"İçərişəhərin inkişafını gördükdə öz ölkəmlə, ölkəmin möhtəşəm tarixi, mədəniyyəti ilə fəxr edirəm. Azərbaycanda islama böyük dəyər verilir. Buna görə mən ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Prezident İlham Əliyevə təşəkkür edirəm ki, müstəqillik dövründə Nəsimini bütün dünyada tanıtmaq üçün çoxsaylı işlər görülüb".

 

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda beynəlxalq tədbirlərin tez-tez keçirilməsi çox sevindirici haldır:

"Bakı şəhərinin mirvarisi olan İçərişəhərin öz qapısını yenidən qonaqların üzünə açması çox sevindiricidir. Bu tədbirin də keçirilməsinin xüsusi önəmi var. Biz mədəniyyət və ədəbiyyatsız xalqımızı təsəvvür edə bilmərik".

 

İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Xalid Ərən festivalda iştirak etmək məqsədi ilə Bakıda olmaqdan məmnun olduğunu söyləyib.

 

O, bu festivalın davamının olacağını güman etdiyini deyib.


X.Ərən festivalın təşkili üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə, Azərbaycan hökumətinə və Azərbaycan Prezidentinə təşəkkür edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür