Azərbaycan nümayəndə heyəti AŞ PA-nın payız sessiyasında iştirak edəcək

13:17 28-09-2019 | icon 300 | Siyasət
Azərbaycan nümayəndə heyəti AŞ PA-nın payız sessiyasında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞ PA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-dan oktyabrın 7-dək Strasburqda səfərdə olacaqlar.

 

Versus.Az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənov daxildirlər.

 

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, Terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya ilə post monitorinq dialoqu, Moldovada demokratik institutlar, Yəhudi mədəni irsinin qorunub saxlanması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

 

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı