Şairə Məhsəti Gəncəviyə həsr edilir - “MƏSHƏTİ”

19:00 29-09-2019 | icon 613 | Mədəniyyət
Şairə Məhsəti Gəncəviyə həsr edilir - “MƏSHƏTİ”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “MƏHSƏTİ” operasının premyarası baş tutdu.

 

Versus.Az-ın məlumatına görə, musiqi müəllifi Pikə Axundova və libretonu qələmə alan Leyla Qədirzadənin səhnə əsəri tamaşaçıları XII əsrdə Gəncədə baş vermiş bir tarixçə lə üzləşdirdi.

 

Mənicə adlı gənc şairə (Məhsətinin öz adı) və Gəncə xatibinin oğlu Əmir Əhməd şənliklərdən birində bir-birini görüb, aşiq olurlar. Çox keçmədən, cavanlar nişanlanır və toya hazırlaşırlar. Bu hadisələr zamanı sultan Səncər hər şeydən bezmiş halda həyatına yeni rənqər qatmaq həsrətində vaxtını keçirərək, şikayətlərini vəzirə çatdırır. Bu dəmdə isə cavanlar toy əhval-ruhiyyəsini yaşayırlar. Buna baxmayaraq, vəzir sultana söyləyir ki, onun əhvalını dəyişə bilən Mənicə adlı bir gənc şairə var və artıq onun dalınca adam göndərilib.

Beəliklə, iki gəncin həyatı puş olur. Mənicənin gözəlliyinə və ağlına vurulan Sultan, ona “sən bir ay parçasısan (to meh həsti)” söyləyərək sarayda yaşamağı və burada yazıb yaratmağını təklif edir. Təbii, şairə “yox, mənim gözləyənim var” deyərək, sultanı qəzəbləndirir...

 

Rejissor işini ustalıqla yerinə yetirən respublikanın əməkdar artisti İnarə Babayeva həm də baş rolda Mənicəni səsləndirirdi. Ümumiyyətlə, həm aktyor oyunu, həm ifaçıların səsi, həm də səhnədəki rəqslər tamaşaçını o hadisələrə daha yaxın edərək, o dövrün həm həyat hərarətini, həm də vahiməsini yaşadırdı.

 

Digər rollarda əməkdar artist Ramil Qasımov (Əmir Əhməd), Taleh Yəhyayev (sultan Səncər), fəhmin Ənmədli (vəzir), əməkdar artist Fərqanə Qasımova (xanəndə qız), Fəxri Kazım Nicat (qasid)çıxış edirdilər.

 

Giriş səhnəsində əylənən cavanların arasında Nizami Gəncəvi obrazını da gözdən qaçırmaq qeyri-mümkün idi.

 

Böyük şairin obrazını İlqar Məclumov canlandırdı. Qurluşçu dirijor əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruşçu baletmeyster xalq artisti təranə Muradova, xormeyster Şəhla Ələkbərova, quruşçu rəssam Fərid Nəcəfov, geyim üzrə rəssam əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır.

Müşaiyət edirdi Azərbaycan Telviziyası və Radiosunun Niyazi adına Simfonik orkestri və Cahangir Cahangirov adına xoru.

Rəqsləri Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak edirdi.

 

Əsərdəki hadisələrin sonunu bilmək istəyənlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bu tamaşanı izləyə bilər.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol