Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması müzakirə edilib

12:28 30-09-2019 | icon 490 | İqtisadiyyat
Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması müzakirə edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, nümayəndə heyəti Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi, İnformasiya Texnologiyaları və Rabitə Agentliyi və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında görüşlər keçirib. Texniki məsələlər və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər müzakirə olunub. Görüşlərdə elektron imzanın tətbiqi, həmçinin ölkələrin bu infrastrukturu qarşılıqlı tanıması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Elektron imza sisteminin qarşılıqlı tanınması Azərbaycan və Türkiyə arasında gömrük sahəsində bütün sənədlərin elektron formada imzalanaraq göndərilməsini mümkün edəcək. Bu da keçid məntəqələrində növbələrin azalmasına, sənədlərin saxtalaşdırılması riskinin aradan qaldırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə imkan verəcək.

 

Qeyd edək ki, hazırda Türkiyə ilə paralel olaraq Avropa ölkələri ilə elektron imzaların qarşılıqlı tanınması istiqamətində işlər aparılır.

Nümayəndə heyəti, həmçinin İstanbul Konqress mərkəzində keçirilmiş Beynəlxalq Blokçeyn konfransında iştirak edib.

 

Konfransın builki mövzusu “Rəqəmsal ID” olub. İştirakçılar “E-ID”nin blokçeyn texnologiyasında tətbiqini müzakirə edərək, bu texnologiyanın insanların həyatını necə dəyişdirə biləcəyi, eləcə də iqtisadiyyatın rəqəmsallaşması prosesinə təsiri haqqında danışıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol