BP-nin Nəsiminin 650 illik yubileyinə töhfəsi

12:44 30-09-2019 | icon 830 | Ədəbiyyat
BP-nin Nəsiminin 650 illik yubileyinə töhfəsi

BP bu gün Azərbaycanın və dünyanın görkəmli ədiblərindən biri olan İmadəddin Nəsimi haqqında ingilis dilində dərc edilmiş tədqiqat kitabını təqdim edib. Kitabın ictimaiyyətə təqdimatı Heydər Əliyev Fondunun təşkil etdiyi Nəsimi Beynəlxalq Festivalı çərçivəsində bu gün Bakıda, İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayında keçirilib.

 

Bu kitab Azərbaycanın ölməz şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunmasına dəyərli töhfədir və eləcə də onun beynəlxalq oxuculara tanıdılmasında və onun mədəni irsinin dünyada təbliğinə xüsusi xidmət göstərir. Kitabın 1972-ci ildən etibarən Qərb dilində Nəsimi haqqında yazılmış ən geniş elmi nəşr olduğu hesab edilir.

 

Kitabın təqdimatında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

“Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi, BP ölkənin zəngin mədəni irsinin və milli dəyərlərinin təbliğinə yönəlmiş təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib.

Biz öz mədəni irsinə görə dünyanın görkəmli klassikləri arasında çox yüksək yer tutan və adı Azərbaycanın ən görkəmli klassik şairləri olan Nizami və Füzuli ilə yan-yana çəkilən Nəsiminin 650 illik yubileyinin qeyd olunmasına verdiyimizi töhfə ilə qürur duyuruq. Kitab ilkin olaraq ingilis dilində yazılıb və dərc edilib ki, bu da onu beynəlxalq elmi ictimaiyyət və daha geniş oxucu kütləsi üçün əlçatan edir. Kitab İmadəddin Nəsiminin həyatına və onun ədəbi yaradıcılığının və fəlsəfi fikirlərinin şərhinə misilsiz metodoloji bir yanaşma təqdim edir. İlk dəfə olaraq, bu kitab Nəsiminin fəlsəfi fikirlərinin mənşəyini təkcə İslam və Şərq tarixi kontekstində araşdırmır, onu həm də antik Avropa və İslamdan əvvəlki mədəniyyət və intellektual ideya və konsepsiyalarla əlaqələndirir. Bu nəşri maliyyələşdirməklə biz onun dünyanın mədəni irsinin görkəmli şəxsiyyətlərindən biri olan Nəsiminin təbliğinə böyük töhfə verəcəyinə ümid edirik.”

 

Tədqiqat və kitabın müəllifi tanınmış ədəbiyyatşünas alim Maykl Reynhard Hesdir. Kitab Almaniyada “Gulandot” nəşriyyat şirkətində dərc edilib. 260 səhifəlik bu monoqrafiyada müxtəlif dillərdəki mənbələrdən götürülmüş 1000-dən çox alt yazı, ədəbiyyat siyahısı, sitatlar və şərhlər var və kitabda İmadəddin Nəsiminin həyatı, onun yaşadığı tarixi şərait, dövrünün tarixi və intellektual bilikləri barədə bütün mühüm aspektlər öz əksini tapıb.

 

Kitab Avropada aparıcı kitabxanalara və universitetlərə təqdim ediləcək.

Qeyd edək ki, kitabda Azərbaycan ədəbiyyatının və fəlsəfəsinin dahilərindən birinin həyatını və irsini araşdırılıb. Bu, 1972-ci ildən etibarən Qərb dilində Nəsimi haqqında yazılmış ən böyük nəşrdir. Kitabda Nəsiminin həyatına və yaradıcılığının təfsirinə yeni metodoloji yanaşma var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”