Qənirə Paşayeva təhsil kreditləri haqqında qanunun qəbul olunmasını təklif edib

17:36 30-09-2019 | icon 900 | Siyasət
Qənirə Paşayeva təhsil kreditləri haqqında qanunun qəbul olunmasını təklif edib

Deputat Milli Məclisdə cəmiyyəti narahat edən məsələlərlə bağlı təkliflərlə çıxış edib

 

 

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında Azərbaycan Respublikası MM-in payız sessiyasının inzibati işlər planı ilə bağlı müzakirələrində çıxış edərək təhsil kreditləri haqqında qanunun payız sessiyası zamanı müzakirəyə çıxarılaraq qəbul olunmasını təklif edib.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva bildirib ki, maddi imkanlarının aşağı olması üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən, xüsusilə rayonlardan, kəndlərdən olan gənclərin sayı artır.

 

Millət vəkili qeyd edib ki, çoxlu sayda ali təhsil alan gənc millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Bu il Tovuzdan ali məktəblərə daxil olan 15 gəncin təhsil haqqını ödəyə bilmədikləri üçün oxumaqdan vaz keçmək istədiyini deyən Q.Paşayeva öz imkanları hesabına, müəyyən imkanlı şəxslərə və qurumlara müraciət etməklə həmin gənclərin təhsil haqlarının ödənişinə nail olduqlarını dedi:

 

"Təhsilhaqqının ödənişi ilə yanaşı yataqxanaların sayının azlığı səbəbindən ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalmaq məcburiyyətindədir. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər. Bu, bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələrin övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər. Bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılsın”.

 

Q.Paşayeva eyni zamanda gələn ilin büdcəsinin müzakirələri zamanı ali təhsil məktəblərinin yataqxanalarının sayının artmasına, tikintisinə xüsusi diqqət yetirməyin və qısa zamanda daha çox yataqxananın tikintisinə vəsait ayırmağın vacibliyini vurğulayıb.

 

Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman fiziki və sağlamlıq imkanları məhdud şəxslərə, əlillərə yüksək diqqət və qayğı ilə yanaşdıqlarını, bunun bariz nümunələrindən olan I və II qrup əlillərin ali təhsil haqqından azad edilməsi haqqında  Prezidentin imzaladığı Sərəncamı xüsusi olaraq qeyd edərək, cənab Prezidentə və 1-ci vitse-prezident Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirdi.

Millət vəkili bildirdi ki, oxumaq arzusunda olan III qrup əlillər də müraciət edərək onların da təhsil haqqından azad edilməsini xahiş edirlər.

Q.Paşayeva III qrup əlillərin təhsil haqqından azad edilməsi məsələsinin yaxın zamanlarda öz həllinin tapması üçün müvafiq qurumlara və MM-ə çağırış edib.

Millət vəkili III qrup əlillərin daha çox ali təhsil almasına meylliyin artması istiqamətində bu addımın ciddi stimullaşdırıcı, xüsusi rol oynaya biləcəyini deyib.

 

Q.Paşayeva 18 yaşına çatmamış uşaqlara energetik içkilərinin satışının qadağan edilməsi təklifi ilə bir daha çıxış edib. Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun  uşaqlarda və gənclərdə bu içkilərə aludəçiliyin artmasına əsas səbəblərdən biri olduğunu deyən millət vəkili energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasına çağırıb. Eyni zamanda energetik içkilərin televiziyalarda, KİV-də reklamının uşaqlarda və gənclərdə onlara aludəçiliyə gətirib çıxaran əsas amillərdən biri olduğunu qeyd edən Q.Paşayeva bununla bağlı həmkarı Musa Quliyevin “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsinin vacibliyi ilə bağlı təklifini dəstəklədiyini deyib və bununla bağlı zəruri addımların görülməsinə çağırıb.

 

Qənirə Paşayeva “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisdə payız sessiyasının gündəliyinə salınmasını yüksək qiymətləndirib və deyib ki, mütləq bu sessiya çərçivəsində bu qanunun qəbul edilməsinə ehtiyac var və onun müzakirəsi və qəbulunun gələn sessiyalara qalmaması, məhz bu sessiyada qəbul olunmasını minlərlə ailə gözləyir:

 

"Bu qanun layihəsinin  qəbuluna ciddi ehtiyac var. Çünki bu qanun layihəsinin qəbulunu illərdir gözləyən insanlarımız, ailələrimiz var. Uzun illər övlad həsrəti ilə yaşayan insanlarımız bu sənədin qəbulunu səbrsizliklə gözləyirlər. Çox xahiş edirəm ki, artıq bu yöndə qanun layihəsi müzakirələrə çıxarılsın və qəbul edilsin, insanların intizarına son qoyulsun. Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun payız sessiyasında qəbulu çox vacibdir”.

 

Millət vəkili eyni zamanda Azərbaycanın işğal olunmuş torpaqları ilə əlaqədar xüsusi qanunun hazırlanmasının vacibliyini qeyd edib. Bildirib ki, bu qanunun parlamentdə qəbul olunmasına ehtiyac var və qanunun qəbulu bu sahədə xoşagəlməz halların qarşısının alınmasında önəmli addımlardan biri ola bilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı