16-cı dəfə hamilə qalan qadın

17:59 30-09-2019 | icon 516 | Maraqlı
16-cı dəfə hamilə qalan qadın

O, ən yaşlı daşıyıcı ana oldu

 

İngiltərə sakini 52 yaşlı Kerol Horlok başqa ailəyə 14-cü dəfə uşaq dünyaya gətirmək üçün müqavilə bağlayan ən yaşlı daşıyıcı ana olub

 

Horlok 65 yaşlı əri Pol ilə birlikdə Esseksdə yaşayır. Onun ilk evliliyindən iki övladı var: 29 yaşlı Stefani və 25 yaşlı Meqan. Bununla yanaşı, britaniyalı qadın 13 uşaq üçün daşıyıcı ana olub və onların hər birinə görə 15 min funt sterlinqə (30 min manatdan çox) qədər pul alıb.

 

Horlok ilk dəfə daşıyıcı ana olmağa 27  yaşında, öz uşaqları doğulduqdan sonra qərar verib. Qadın ilk övladını başqa ailəyə 25 il əvvəl verdiyini deyib:

“Mən o valideynlərin sevincini gördükdən sonra  etdiyimə peşman olmadım. Bu illər ərzində bir dəfə əkiz, iki dəfə isə üçəm dünyaya gətirmişəm”.

 

Ana bu illər ərzində bir dəfə, 2004-cü ildə hadisələrin planlaşdırıldığı kimi getmədiyini deyib. Belə ki, ailə dünyaya gələn uşağa DNK analizi etdirib və məlum olub ki, körpənin atası daşıyıcı ananın həyat yoldaşı Poldur. Amma bununla belə, ailə uşağı qəbul edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi