“Qarabağ” görüşünü şotlandiyalı hakimlər briqadası idarə edəcək

18:09 30-09-2019 | icon 486 | İdman
“Qarabağ” görüşünü şotlandiyalı hakimlər briqadası idarə edəcək

UEFA Avropa Liqasının “F91 Düdelanj” – “Qarabağ” görüşünü şotlandiyalı hakimlər briqadası idarə edəcək.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu görüşə Con Biton təyin olunub.

Ona Daniel Makfarleyn və Duqlas Poter laynsman kimi, Donald Robertson isə dördüncü hakim kimi kömək edəcək. Biton Azərbaycana tanış hakimdir. O, üç dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edib. Bunların arasında “Qarabağ”ın oyunu da var.

 

Con Biton ilk dəfə 2014-cü ilin noyabrın 10-da 19 yaşadək futbolçuların seçmə mərhələ oyununda komandamızın oyununda idarəçiliklə yadda qalıb. Həmin vaxt U-19 millimiz Macarıstanla səfərdə 1:1 oynamışdı. Bu matçın əlavə olunmuş dəqiqəsində Biton meydan sahiblərini azlıqda qoymuşdu.

 

2016-cı ilin martın 11-dəki PAOK – “Qarabağ” matçında da təmsilçimiz Saloniki səfərindən məğlub ayrılmayıb. Ağdam klubu 69-cu dəqiqədə ispaniyalı futbolçusu Miçelin vurduğu qolla qalib gəlib. Həmçinin onu da bildirək ki, Yunanıstan səfərində Maksim Medvedev Stefanos Atanasiadislə mübahisə etdiyi üçün 4-cü dəqiqədə sarı vərəqə alıb.

 

Onun təmsilçilərimizlə bağlı sonuncu görüşü isə Bakıda olub. Bu ilin iyunun 11-də “Bakcell Arena”da Slovakiya Azərbaycan millisini 5:1 hesabı ilə darmadağın edib.

 

Qeyd edək ki, “F91 Düdelanj” – “Qarabağ” görüşü oktyabrın 3-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol