Paytaxtın düz göbəyində ağlasığmaz HADİSƏ-Foto/ Video

18:17 30-09-2019 | icon 1009 | Sosial
Paytaxtın düz göbəyində ağlasığmaz HADİSƏ-Foto/ Video

 

Tibb üzrə fəlsəfə doktoru, Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oğlu İskəndərovun Versus.Az-a verdiyi məlumata görə, Nəsib Bəy Yusifbəyli küçəsi 25/27 ünvanda yerləşən ikimərtəbəli mülkü  2017-ci ilin may ayının 16-da “Reqal MTK” şirkəti tərəfindən dağıdılıb.

 

 

Həmin ərəfədə müqavilə əsasında Səudiyyə Ərəbistanında həkim-cərrah kimi çalışan Qafar İskəndərova mülkünün sökülməsi ilə bağlı xəbəri Bakıdakı qonşuları və dostları məlumat verib.

 

İskəndərov deyir ki, O, həmin ünvanda yerləşən mülkdə 1988-ci ildən yaşayıb, 1998-ci ildən isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həmin evdəki yaşayış hüququ qanunla tanınıb. Azərbaycan Respublikası Reystr Xidməti  tərəfindən ona mülkə dair texniki pasport verilib.

 

Qafar İskəndərov həmin sahəyə torpaq vergisi ödədiyini də deyir. Bir sözlə, mülk qanunla tənzimlənmiş qaydada Qafar İskəndərova məxsusdur.

 

O  zaman sual olunur: “REQAL” MTK şirkəti hansı əsasla, hansı qanunla  vətəndaşın mülkünü sökdü!?

 

Qafar İskəndərov hətta hüquq - mühafizə  və məhkəmə orqanlarının belə təəccüblə, heyrətlə qarşıladığı bu olayla bağlı bütün məhkəmə instansiyalarına müraciət edib və bu günə qədər də süründürməçilik davam edir. 

Qafar İskəndərov deyir ki, müraciət etdiyi məhkəmələr, prokurorluq orqanları, hətta Prezident Aparatının hüquq və mühafizə orqanlarına nəzarət şöbəsindən bu müraciətinə ilk reaksiyalar -  “ belə məsələ olmaz” - deyə, bildirilib. Lakin İskəndərovun qaldırdığı iddia ilə bağlı nədənsə aidiyyatı orqanlar qanunun tələb etdiyi ədalətli qərarı verə bilməkdə çətinlik çəkirlər. Vətəndaş öz haqqını hələ də bərpa etmək üçün məhkəmələdrə çarpışır.

Zərərçəkən və iddiaçı Qafar İskəndərov bir çox instansiyalarda mübahisə ilə qarşılanan bir məqama da aydınlıq gətirdi. Belə ki, onun sözlərinə görə, mülk deyilidiyi kimi Qafar İskəndərova məxsus olsa da, “REQAL” MTK  şirkəti mənzilə qeydiyyatda olan, lakin evlə bağlı qərar verməyə hər hansı səlahiyyəti çatmayan qızının iştirakı ilə 13 saylı natarusda qanunsuz müqavilənin bağlanmasəna nail olub.

 

Qeyd edək ki, mülk sökülməzdən əvvəl, yəni 11 may 2017-ci ildə “Reqal” MTK şirkəti Qafar İskəndərova müraciət edib. Qafar İskəndərov istər şifahi, istərsə də yazılı olaraq mülklə bağlı danışıqlar aparmağa razı olduğunu desə də, onunla heç bir danışıqlar aparılmayıb.

Qafar İskəndərov 3 illik süründürməçiliyə son qoymaq üçün Prezident İlham Əliyevə və 1 vitse - prezident Mehriban xanım Əliyevaya müraciəı edərək haqlarının tanınmasını istəyir.

 

 İskəndərov ümid edir ki, Prezidentə, 1-ci vitse prezidentdə müraciətdən sonra nəhayət ki, məsələ Azərbaycanın hüdudlarından kənara çıxarılmadan öz həllini tapacaqdır. Əks halda hüquqları tapdnmış və evi sökülərək özünü təhqir olunmuş sayan tibb mütəxəssisi məcburən Avropa Məhkəmələrinə, Avropa Birliyinə müraciət etməkdən başqa çarə görmür. Hansı ki, bunu heç özü də arzu etmir.

 

Qeyd edək ki, Qafar İskəndərova dəyən maddi ziyan zərərçəkənin iddiasına əsasən kompensasiya ilə birlikdə 957 min 81 manat civarında hesablanıb. O, eyni zamanda  mənəvi zərərin də hesablanaraq ödənilməsini tələb edir.

 

Qeyd edək ki, 1-ci instansiya Nəsimi Rayon Məhkəməsində iddiaçıya zərərə görə 251 min manat konpensasiya hesablanıb. Lakin İskəndərov deyir ki, Ali Məhkəmə bunu da ona çox görərək həmin zərərin dəyərini 125 min 500 manata endirib. İsgəndərov bu qərarı növbəti dəfə özünə qarşı həyata keçirilən bir repressiv qərar kimi dəyərləndirir. O, bildirir ki, bu qərarla heç cür razılaşa bilməz. 

Ona görə də, son ümidi Ölkə başçısınadır.

 

Versus.Az Hürriyyət.tv-yə istinadən xəbər verir ki, məsələyə aydınlıq gətirilməsi üçün Şirkətin icraçı direktoru Fərəc Hüseynovla nelefon əlaqəsi saxlanılıb. Şirkət məsələnin natariusla həll olunduğunu və hazırda işin məhkəmədə araşdırıldığını xatırlatmaqla yanaşı, həmin mülkün Qafar İskəndərova aid olmadığını deyib.

Lakin bizə təqdim olunan rəsmi sənədlər mülkün Qafar İskəndəova məxsus olduğunu təsdiqləyir.

 

G.Nəcəfli

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol