“ELÇİBƏYİN GÖSTƏRİŞİ, RƏHİM QAZIYEVİN ƏMRİ, VƏ İSGƏNDƏR HƏMİDOVUN ZÜLMÜ”

09:08 01-10-2019 | icon 838 | Köşə
“ELÇİBƏYİN GÖSTƏRİŞİ, RƏHİM QAZIYEVİN ƏMRİ, VƏ İSGƏNDƏR HƏMİDOVUN ZÜLMÜ”

İGİD TEYMURLU

 

 SÖZÜN CƏNG MEYDANIna bir İnsan gələcək...Və bu, o İnsandır ki, həm hərəkat dövrümüzün, həm də Birinci Qarabağ Savaşının tən ortasında olub. Elçibəydən tutmuş taaa Yurdçu uşaqlara qədər, Rəhim Qazıyevdən tutmuş taa indi "fb" qəhrəmanlarına çevrilən d(s)öyüşçü pəhləvanlara qədər hər kəsin yol yoldaşı olub. Deməsinə görə “hər kəsin cikini də, bikini də bilir”. Və onu da hər kəs tanıyır, ancaq onunla yol yoldaşı olanlar onu hər halda daha yaxşı tanıyırlar...

 

Şübhəsiz ki, bu Adam danışanda cəmiyyət daxilində qarşılıqlı ittihamlar da artacaq ki, bu da mahiyyət etibarilə mənfi tendensiyadır. Ancaq məsələ burasındadır ki, müstəqilliyimizi qazanandan indiyə kimi kimlərinsə vasitəçiliyilə sırınan eybəcər cəmiyyət kodeksinin təzahürüdür ki, adamın üstünü unlu görəndə onu dərhal dəyirmançı statusuyla “mükafat”landırırlar. Özlərinisə cəmiyyətə söz sahibi, aparıcı qüvvə kimi sırıyırlar. Belə davranış tərzi də istər-istəməz gerçəkləri ört-basdır edir, bu günün tarixini həm yetişən nəslə, həm də gələcəyimizə yanlış formatda təqdim edirlər. Məhz bu baxımdan bütün sahələrdə Azərbaycanda CANLI TARİXLƏR var, onlar vərəqlənməlidir ki, ən azından yadddaşlara nəsə həkk olunsun. Unutqanlığımız bizim ən böyük düşmənimizdir. Unutqanlığımıza yox demək, danışan meydan adamlarının unutqanlığına işıq salmaq üçün Adam danışacaq. Və bəlkə elə Onun da Sizin kimi meydan sulamasından sonra başqa nəsnələr də üzə çıxacaq....

 

Fərd mən canlı tarix olan o KİTABI az da olsa “vərəqləmişəm”.

 

Bu Adamı “vərəqlədikcə” sadəcə olaraq, adamı bütün mənalarda heyrət bürüyür ki, Allahım, biz kimlərlə yola çıxmışıq və bu gün də həmin kəslərin bir qismi yenə də Qərbin, Rusiyanın, İranın, Amerikanın kamerton sədaları altında öz oyunlarını oynamaqdadılar!!!...

 

Gələcək müsahibin idddiasına görə “içiniz və içalatınız bəlli”, əfəndilər. Öyləsə, lütfən, siz də susun və dinməyin...Qoy o Adam da öz kimliyini bəyan etsin və siz də onun söylədiklərinə ayna tutub, qüvvəniz çatacaqsa gerçəkləri anlatın. Axı zamanında və ondan qabaq siz də onun kimi danışmısınız. Alınsa, Sözün Cəng Meydanına "..ELÇİBƏYin göstərişiylə, RƏHİM QAZIYEVin əmriylə, İSGƏNDƏR Həmidovun zülmüylə 20-ci əsrin ən böyük dəhşətlərini, ən böyük vəhşətlərini yaşayan" müsahibimiz gələcək. Şəxsi zəmində öz müsahibəsini adam mənə demək olar ki, verib. Qalır onun dediklərinin ictimailəşdirilməsi məsələsi...

 

Əfəndilər, adamın söyləməsinə görə siz siyasət və döyüş səhnələrinin "oynanıldığı" arenaya açılan qapının cazibəsilə “millətin gözünü bu günə kimi qamaşdırmısınız”. Sizin “diletantlığınıza, sizin konyuktura cəngavərliyiniz”ə, sizin məddahlar ordusu olaraq Qozbel Mediçilərdən gözəllik mücəssəməsi düzəltməyinizə indi həmin müsahib “son qoyacağam” deyir.  “O qapıdan işəridə baş verənləri” o, söyləyəcək. Hazırsınızmı gizlədib demədiklərinizi eşitməyə!? Və bu Adam deyir ki, "gərçi onlar bunu bacarsalar, dediklərimin qarşısında söz deməyə cürəti olan hər kəslə kişi kimi canlı debata çıxmağa hazıram”...

 

Həəə, açın, açın "Qaynar Qazan"ların ağzını, orda bişənləri və bişirib təqdim etdiklərinizi görəcəksiniz, əfəndilər!!!

 

Bu Yurdun cüvəllağılarına koordinatorluq edənlər, o yurdun dərəsi də, bərəsi də sizlərə göstəriləcək.

 

"KƏNAR ADAM"lığınızın fizioqnomiyasından tutmuş taa anatomiyasına qədər sizlərə anladılacaq hər şey...

 

Canlı tarix RƏHİM QAZIYEVİN, ARİF PAŞANIN, SURƏT HÜSEYNOVUN, İSGƏNDƏR HƏMİDOVUN, ETİBAR MƏMMƏDOVUN, SƏRDAR CƏLALOĞLUNUN, QURBAN MƏMMƏDOVUN, İSA QƏMBƏRİN, İQBAL AĞAZADƏNİN, PƏNAH HÜSEYNİN, AYAZ MÜTƏLLİBOVUN, ...hətta Söz Meydanımızın fərarilərindən olan Əli Kərimlinin, Nemət Pənahlının, Tahir Kərimlinin özünün dediyi kimi, "gerçək simaları"na ayna tutacaq....

 

Bəli, razılığını ala bilsəm, yaxın günlərdə SÖZÜN CƏNG MEYDANIna bir İnsan gələcək.. Bu, o insandır ki, zamanında məhz siz siyasətçilər Ondan büt düzəltmişdiniz! Bu, o insandır ki, Sizi Sizə və həm də bizə anladacaq. Gərçi biz Sizlərə gerçəkləri söyləməniz üçün meydan vermişdik...”Versus.az”ın Cəng Meydannında bir qisminiz olub olanları öz "həqiqətləri" çərçivəsində təqdim edib mətbuata açıq olduqlarını ortaya qoydu.öz bildiyini danışdı...Bir qisminiz gerçəyi deyil, öz düşündüklərini danışdı...Bir qisminiz qaçdı...Bir qisminiz faktları dandı...Bir qisminiz ümumiyyətlə danışmadı... Biz də hər kəsə inandıq və hər kəsə sayğıyla yanaşdıq. İndi də növbə o adamındır, deyir ki, deməyə sözüm var, ancaq canlı debatda. Elə ol səbəbdən də indi deyilənlərə qulaq asmaq zamanı. Özünün dediyi kimi "sizləri çox yaxşı tanıyır".  Yenə də özünün dediyi kimi, “sizi sizə, həm də bizə anladacaq”...

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol