Azərbaycan artıq Cənubi Qafqazda Fransanın əsas iqtisadi tərəfdaşıdır /VİDEO/

12:04 01-10-2019 | icon 333 | Siyasət
Azərbaycan artıq Cənubi Qafqazda Fransanın əsas iqtisadi tərəfdaşıdır /VİDEO/

Bakıda olmağım mənim üçün böyük şərəfdir. Prezident İlham Əliyevlə görüşməyim və etimadnaməmi təqdim etməyim mənim üçün və Fransa-Azərbaycan münasibətləri üçün vacib bir gün idi. Bu, çox səmimi və mühüm görüş oldu, bir sıra siyasi, iqtisadi və təhsil sahəsində məsələləri müzakirə etdik. Biz yüksək səviyyədə görüşlərin və siyasi dialoqun davam etdirilməsini vacib sayırıq. Həmçinin, Azərbaycanla ticari və iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindəyik.

 

Versus.Az xəbər verir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros deyib.

 

Səfirin sözlərinə görə, Azərbaycan artıq Cənubi Qafqazda Fransanın əsas iqtisadi tərəfdaşıdır:

"Biz hesab edirik ki, Fransa şirkətləri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verə biləcək. Biz energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik və qarşılıqlı investisiyalar sahəsində əməkdaşlıqda maraqlıyıq və məhz bu istiqamətlərdə kömək göstərmək istəyirik. Həmçinin, təhsil və gənclər üçün nəzərdə tutulmuş uğurlu layihələri davam etdirmək niyyətindəyik. Yeni yaradılmış Azərbaycan-Fransa Universiteti artıq uğur qazanıb, Azərbaycan-Fransa məktəbi də uğurlar əldə edib və biz bu sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirməyi düşünürük".

 

Fransanın Azərbaycandakı səfiri Bakı haqqında suala cavab verməzdən əvvəl ikitərəfli əməkdaşlıq perspektivləri barədə danışaraq qeyd edib ki, Fransa Azərbaycana sadalanan bütün sahələrdə strateji tərəfdaşlıq təklif edir:

"Biz ümidvarıq ki, bu baxımdan müansibətləri inkişaf etdirəcəyik. Bakıya gəldikdə isə, mən bir həftədir ki, burdayam. Amma artıq gördüklərimdən məmnunam. Bura gözəl şəhərdir, insanları çox mehribandır. Mənim İçərişəhərdə gəzmək, rəngarəng, köhnə və yeni, ənənəvi və müasir memarlığı görmək imkanım olub. Xalça muzeyində olmuşam və Luvrdan olan xalçaları görmüşəm. Burada insanlar dinamik və səmimi görünür. Mən səbirsizliklə Bakı haqqında daha çox detal öyrənməyi arzulayıram". /Trend/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI