Deputat SOCAR əməkdaşlarını məsələyə obyektiv yanaşmağa çağırdı

12:25 01-10-2019 | icon 335 | Siyasət
Deputat SOCAR əməkdaşlarını məsələyə obyektiv yanaşmağa çağırdı

Azərbaycan dövlətinin Qarabağ əlilləri, Qarabağ müharibəsi iştirakçılarına olan qayğısı daim hiss edilib. Ölkə Prezidentinin qeyd edilən kateqoriyadan olan vətəndaşlarımızla bağlı verdiyi fərman və sərəncamlar da bunun əyani sübutudur. Amma təəssüfedici məqam ondan ibartədir ki, bu günlərdə Azərbaycanın Dövlət Neft Şirkətilə (SOCAR) bir qrup Qarabağ əlili arasında insident yaşanır. İnsident zamanı hər iki tərəfdən xəsarət alanlar və müxtəlif xəstəxanalara yerləşdirilənlər var.


Versus.Az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə qeyd olunan hadisəyə təəssüfünü gizlətməyib:


“Neft boruları və kəmərlərinin üzərində tikinti gedirsə, bu, qanunsuzdur. Amma digər tərəfdən baxanda ki, həmin evin sağında və solunda tikintilər gedib, onda sual yaranır ki, Qarabağ əlili üçün bu şərait niyə yaradılmır.

Mən görüntüləri izləyəndə gördüm ki, Qarabağ əlilinin yarımçıq tikintisi olub. Tikinti davam etdirilmək istəyəndə gəlib müqavimət göstəriblər. Yəni ərazidə əvvəlcədən özül var, az da olsa tikinti aparılıb. Niyə davam etdirilməsi bu cür qarşılanır? Bu baxımdan hesab edirəm ki, vaxtilə ərazidə tikintiyə icazə verənlər, nəyinsə müqabilində buna göz yumanlar - istər bələdiyyə olsun, istər İcra Hakimiyyəti olsun, onlar qalıb kənarda, özünə daxma düzəldən Qarabağ əlilinə qarşı qanun tətbiq olunur. Axı hansı haqla?! Bu, başadüşülən deyil! Mən hesab edirəm ki, istər SOCAR əməkdaşlarına qarşı, istərsə də qazilərimizə qarşı bu insidentin yaranması ürəkaçan deyil. Əməkdaşlar da əmr alıb müdaxilə edirlər. Ona görə düşünürəm ki, məsələyə obyektiv qiymət verilməlidir”.

 

Ç.Qənizadə vurğulayıb ki, qanunsuz tikili olsa belə, məhkəmə qərarı olmadan orada söküntü aparıla bilməz:


“Bunun icrası məhkəmə qərarı ilə məhkəmə icraçıları tərəfindən həyata keçirilə bilər. Xəbərdarlıq edilə bilərdi, tikintini dayandıra bilərdilər. Amma əməkdaşların vətəndaşın həyətinə keçib lapatka ilə, taxta parçaları ilə dama çıxıb söküntü aparması qanunsuzdur. Bu baxımdan hesab edirəm ki, SOCAR əməkdaşlarının həmin anda etdikləri qanunaziddir. İkinci tərəfdən polis əməkdaşlarının əraziyə çağırılmasını məqsədəuyğun hesab etmirəm. Məlum olur ki, polisləri də SOCAR-ın əməkdaşları ora dəvət ediblər. Belə olan halda, bu da polisin zor tətbiq edilməsi kimi qiymətləndirildi. Amma sonra aydınlaşdırıldı ki, polis münaqişə edənləri ayırmaq üçün əraziyə gəlib. Mən SOCAR əməkdaşlarını məsələyə obyektiv yanaşmağa çağırıram”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI