Emir Kusturitsa və qrupu Heydər Əliyev Mərkəzində çıxış edəcək

12:45 01-10-2019 | icon 323 | Mədəniyyət
Emir Kusturitsa və qrupu Heydər Əliyev Mərkəzində çıxış edəcək

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun «The No Smoking Orchestra» qrupunun konserti keçiriləcək.

 

Versus.Az xəbər verir ki, proqramda tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri təqdim olunacaq.

 

Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

O, Sarayevo şəhərində dünyaya gəlib. Lap erkən yaşlarından incəsənətə meyl göstərib. Tez-tez dərslərdən yayınaraq kino zallarının qaranlığına çəkilir, sevimli filmlərinə təkrar-təkrar baxırmış. Məhz Sarayevodakı kinoteatrların birində o, nəhayət anlayır ki, həyatını cazibədar kino dünyası ilə bağlamaq istəyir. Kusturitsa geniş ictimaiyyətə müxtəlif mükafatlar almış «Arizona arzusu», «Yeraltı», «Qara pişik, ağ pişik» filmləri, o cümlədən Kann kinofestivalında iki «Qızıl palma budağı» qazanmış filmləri ilə məşhurdur.

 

Emir Kusturitsa 1999-cu ildə «The No Smoking Orchestra» qrupunu yaradıb və onun daimi üzvüdür. Kusturitsa qrupun tərkibində gitaraçı kimi çıxış edir. «The No Smoking Orchestra» qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin özlərinin də iştirakçısına çevrildikləri möhtəşəm şou təqdim edir.

 

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 20, 30, 40, 60, 80, 100, 120 və 150 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən almaq olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı