Deputatın aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər

12:53 01-10-2019 | icon 306 | Siyasət
Deputatın aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər

Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.

 

Onun sözlərinə görə, R.Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər:

"İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq".

 

Qeyd edək ki, ötən gün Milli Məclisin keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, deputat Rafael Cəbrayılov mandatdan imtina etməsi barədə müraciət edib.

Ə.Hüseynli qeyd edib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı