"Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır"

13:52 01-10-2019 | icon 307 | Siyasət
"Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır"

Əli Əhmədov: "YAP olaraq vaxtilə həmin stadionda mitinqlər keçirmişik"

 

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Milli Şuranın oktyabrın 8-də Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında razılaşdırılmamış piket keçirmək barədə qərarına münasibət bildirib.

 

Versus.Az-ın məlumatına görə, Ə.Əhmədov deyib ki, o şey ki, icazəsizdir, onu etmək olmaz.

 

Ə.Əhmədov vurğulayıb ki, onlara Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yer ayrılıb:

“Lökbatan Bakı şəhərinə daxildir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya çox olduğunu göstərmək istəyirlər. Mitinq üçün ən yaxşı yer stadiondur. Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq vaxtilə həmin stadionda mitinqlər keçirmişik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol