Metronun bu stansiyası da təmirə bağlanır

17:14 05-04-2018 | icon 1019 | Sosial
Metronun bu stansiyası da təmirə bağlanır

Versus.az-ın məlumatına görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə deyib ki, stansiyanın bütün eskalatorları dəyişdiriləcək:

 

""Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib. Həmin stansiyanın eskalatorlarının istismar müddəti bu il başa çatır. Ona görə də, stansiyadakı hər üç eskalator dəyişdirilməlidir. Artıq bununla bağlı plan-qrafik hazırlanıb".

 

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, "Xətai" stansiyası ən dərin özüllü metro stansiyasıdır və stansiyanın eskalatorları da digər eskalatorlardan uzundur:

 

"Stansiyaya 4 müasir eskalator quraşdırılması nəzərdə tutulub".

 

N.Pasayev bildirib ki, stansiyanın təmirə bağlanacağı konkret tarix müəyyən edilməsə də, bu il reallaşacaq:

 

"İyulun 1-də "Sahil" stansiyasının istifadəyə verilməsi gözlənilir. Yəqin ki, "Sahil" stansiyası istifadəyə veriləndən sonra "Xətai" təmirə bağlanacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol