"Məktəbəqədər müəssisələr ölkə üzrə bərabər paylanmayıb"

12:49 02-10-2019 | icon 337 | Təhsil
"Məktəbəqədər müəssisələr ölkə üzrə bərabər paylanmayıb"

3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmayıb.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən ölkədə təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir.

 

M.Vəliyeva əlavə edib ki, məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır:

"Ancaq elə kəndlərimiz var ki, orada ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur. Elə ərazilər də var ki, orada belə müəssisələrin sayı kifayət qədər deyil. Bu baxımdan, hesab edirik ki, ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılması uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı, ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcək".

 

Nazir müavini qeyd edib ki, oktyabrdan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır:

"Növbəti ildə daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə ölkənin 3-5 yaşlı əhalisinin, başqa sözlə 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb