Sağlamlıq Festivalı keçiriləcək

17:47 05-04-2018 | icon 533 | Sağlamlıq
Sağlamlıq Festivalı keçiriləcək

Sabah Bakıda Sağlamlıq Festovalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Versus.az-a verilən məlumata görə, festiva Dənizkənarı Milli parkda baş tutacaq.

 

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir. Bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "İnkişaf naminə idman" İctimai Birliyi tərəfindən keçirilən mədəni-kütləvi aksiyanın məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

 

Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş aksiyanın rəsmi açılışından sonra Bakı şəhərinin 11 rayonunun məktəbliləri arasından estafet yarışları keçiriləcək. Bədii musiqili hissədə müğənnilərin, akrobatların nümunəvi çıxışları, boccia yarışı, zumba rəqsi və s. təşkil olunacaq. Sonda 1, 2 və 3-cü yerləri tutan məktəblər diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırılacaq iştirak edən bütün məktəb şagirdləri isə sertifikatlarla təltif olunacaqlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür