“Məndə sığar iki cahan...” adlı internet müsabiqəsi keçirilib

15:55 02-10-2019 | icon 469 | Mədəniyyət
“Məndə sığar iki cahan...” adlı internet müsabiqəsi keçirilib

Oktyabrın 3-də Bakı şəhərində Xətai Sənət Mərkəzində MDB iştrakçı dövlətlərinin gənc rəssamları arasında keçirilmiş “Məndə sığar iki cahan...” adlı internet müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

 

Gənclər və İdman Nazirliyindən Trend-ə bildirilib ki, layihənin əsas məqsədi mədəni müxtəliflik dəyərləri ideyasının təbliğ edilməsi, MDB məkanında gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi, müsabiqə və regional sərgilərin keçirilməsi yolu ilə yaradıcı gənclərin geniş kütləsinə öz yaradıcılıqlarını nümayiş etdirmək imkanının verilməsi, vizual incəsənət və internet imkanlarından istifadə etməklə məşhur Azərbaycan filosofu və şairi İmaməddin Nəsiminin yaradıcılığına diqqətin artırılmasıdır.

 

Müsabiqədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Gürcüstan, Türkmənistan, Estoniya və Türkiyənin nümayəndələri fəal iştirak etmişlər. Müsabiqədə iştirak etmək üçün 2000-dən çox iştirakçı öz işini təqdim etmiş, onlardan 100 əsər münsiflər heyəti tərəfindən müsabiqənin yekunlarına həsr olunmuş sərgidə nümayiş etdirilmək üçün seçilmişdir. Münsiflər heyətinin seçiminə əsasən müsabiqənin 4 nominasiya üzrə (rəngkarlıq, qrafika, heykəltəraşlıq; foto; kompyuter qrafikası; instalyasiya) qalibləri də müəyyən edilmişdir. Müsabiqənin şərtlərinə əsasən qaliblərin Bakıya səfəri nəzərdə tutulub.

 

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol