"Düdelanj" - "Qarabağ": ehtimal 11-liklər - FOTO

14:04 03-10-2019 | icon 365 | İdman
"Düdelanj" - "Qarabağ": ehtimal 11-liklər - FOTO

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqun "Düdelanj" klubunun qonağı olacaq.

 

Versus.Az xəbər verir ki, Ağdam klubunun heyətində bu görüşü zədə səbəbindən Filip Ozobiç və Xayme Romero oynamayacaq.

 

Mahir Emreli, Rahil Məmmədov və Abdullah Zubir isə matça hazır durumdadırlar.

 

"Sevilya" ilə oyunda olduğu kimi qapıda Asmir Beqoviç dayanacaq.

 

Müdafiənin mərkəzində Bədavi Hüseynovla Maksim Medvedev birgə çıxış edə bilər. Cinahlarda isə Abbas Hüseynov və Ailton Silvanın oynamaq ehtimalı var.

Dayaq yarımmüdafiəçi kimi Riçard Almeyda və Qara Qarayevin oynayacağı gözlənilir. Onların önündə Miçel, cinahlarda isə Mahir Emreli və Abdullah Zubir ola bilər.

 

Hücumçu mövqeyində isə Maqaye Qeye start heyətdə yer alacaq.

 

"Qarabağ": Asmir Beqoviç - Abbas Hüseynov, Maksim Medvedev, Bədavi Hüseynov, Ailton Silva - Riçard Almeyda, Qara Qarayev, Miçel - Mahir Emreli, Abdullah Zubir - Maqaye Qeye.

 

"Düdelanj": Conatan Juber - Məhəmməd Buçuari, Tom Şnell, Mikael Qaros, Mehdi Kirç, Çarles Morren, Mario Pokar, Dominik Stols, Daniel Sinani, Antoine Bernye, Loren Mendi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI